Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-27/2022 15.03.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh 06.11.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47080 olan X4 9 markalı telefon üçün 428,4 manat ödənilməmiş hissə, 42,6 manat cərimə, cəmi 471 manat borc və 30 manat dövlət rüsumunun xeyrlərinə sadələşdirilmiş icraat qaydasında tutulmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək tələbə etiraz etmişdir. Qubadlı Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 06.11.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47080 olan X4 9 markalı telefon almış və nəticədə 471 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 543,4 manat (yəni 12 ay x 35,7 manat + 115 manat ilkin ödəniş) olan İMEİ kodu **********47080 olan X4 9 markalı telefon üçün ümumilikdə 471 manat olmaqla ondan 428,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42,6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 115 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanlamış 02.01.2022-ci il tarixli etiraz ərizəsində göstərmişdir ki, Mingəçevir şəhərinə işləməyə gəlmiş maşın ustası Aydın Abbasova maşınını təmir elətdirirdi.Həmin şəxs telefonunun xarab olması və özünün Mingəçevir şəhər sakini olmaması ilə əlaqədar olaraq onun şəxsiyyət vəsiqəsini istəyərək, “Kontakt Home”-dan telefon almış və sonradan maşını təmir etməyərək və onun pulunu mənimsəyərək şəhəri tərk etmişdir. Aydın Abbasov “Kontakt Home”-dan aldığı telefonu Mingəçevir şəhər sakini Afaq adlı qadına vermişdir. Göstərilən şəxslər barədə 102 xidmətinə, polis idarəsinə və mağazaya məlumat vermişdir. Lakin heç bir tədbir görülməmişdir. Adına alınmış telefonu görməyib.Hesab edir ki, telefon Aydın Abbasov və Mingəçevir şəhər sakini Afaq adlı qadından tələb edilməlidir.Müharibədə xəsarət alıb.Əsəb xəstəsidir. Tək yaşayır.Gəliri yoxdur.İşləmir.Dərman ala bilmir. Məhkəməyə ünvanlanmış 21.02.2022-ci il tarixli ərizəsində cavabdeh göstərmişdir ki, onun şikayətinə əsasən Mingəçevir şəhər prokurorluğunda araşdırma gedir. “Kontakt Home” mağazasına 50 manat ödəmişdir.10.02.2022-ci il tarixli “Kontakt Home” mağazasının cədvəlinə əsasən hissə-hissə ayda 35 manat ödəyəcəkdir. Məhkəmədə iştirak edə bilmir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh ilə bağladığı 06.11.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ **********47080 olan X4 9 markalı telefon müqavilədə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 22.11.2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqavilələyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. "xxxx" MMC tərəfindən tərtib edilmiş 29.11.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06.11.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47080 olan X4 9 markalı telefon üçün 428,4 manat ödənilməmiş hissə, 42,6 manat cərimə, cəmi 471 manat borcu vardır. İş materiallarında olan və Mingəçevir şəhər prokurorluğu tərəfindən Cavabdeh ünvanlanmış 01.02.2022-ci il tarixli məktubda göstərilir ki, Aydın Abbasov adlı şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi ilə bağlı müraciəti əsasında Mingəçevir ŞPŞ-də aparılmış araşdırmadan narazı olması barədə müraciətinə Mingəçevir şəhər prokurorluğunda baxılmışdır.Müəyyən edilmişdir ki, eyni məzmunlu müraciəti əsasında Mingəçevir ŞPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Səxavət Mirzəyev tərəfindən araşdırma aparılmış və toplanmış materialarda cinayət tərkibi olmaması əsası ilə 05.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.Toplanmış həmin material şəhər prokurorluğu tərəfindən öyrənilmiş və qəbul edilmiş qərarın qanunsuz və əsassız olması müəyyən edilmişdir. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün Mingəçevir ŞPŞ-nin İBnə qaytarılmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği–42,6 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 10 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06.11.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47080 olan X4 9 markalı telefon üçün 428,4 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 438,4 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-27/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-27/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver