Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-274/2022 08.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaklarına (maddi qiymətlərlə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3456 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və ödənilmiş 6 manat dövlət rüsumunun Cavabdeh xeyirlərinə tutularaq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassır vəzifəsinə işə qəbul olunmuşdur və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır.xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 298-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləği 5711 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 2255 (İki min iki yüz əlli beş) manat güzəşt edilmişdir, qalıq borc 3456 (üç min dörd yüz əlli altı) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Dövlət rüsumu haqda Azərbaycan Respublikasının qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiy a xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabbdeh Cavabdeh iddianı qəbul edərək göstərdi ki, təcrübə olmadığına görə gələn mallara nəzarət edə bilməmiş və bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmək Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 6 ay müddətinə xx.xx.2020-ci il tarixinədək əmək müqaviləsi bağlanılmışdır və xx.xx.2019-cu il tarixindən Cavabdeh işə başlayır.İşçiyə hər ay 260 manat məbləğində əmək haqqı ödənilir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli 450-K saylı İşə qəbul etmə haqqında Əmrin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinə xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilir.Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilir. Əmək müqaviləsinə Əlavədən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilərək Cavabdeh Cəmiyyətin administrator vəzifəsinə keçirilir.Əmək haqqı ştat cədvəlinə uyğun 345 manat təşkil edir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 507-K saylı Vəzifə dəyişikliyi haqqında Əmrin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 9 Şöbəsinə xx.xx.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilir.Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilir. xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, işçilərə verilən sərvətlərin saxlanılması, emalı. Satışı, daçınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çatmış işçi ilə onun tutduğu vəzifə və qurduğu iş üzrə onunla tam maddi məsuliyyət haqqında bağlanmış müqaviləyə əsasən işçi-maddi məsul şəxs Cavabdeh ona işəgötürən (İddiaçı MMC) tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görülüəcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür.Həmin müqavilələrin 3.3-cü maddələrinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir.İşçinin aktla tanış olmaqdanvə ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 298-K saylı İşdən azad haqqında Əmrin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 9 Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilir. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2020-ci il tarixli yekun Aktda göstərilir ki, Oba-Saray-7 (1237) mağazasının müdiri maddi məhsul şəxs Cavabdeh iştirakı ilə №32 tarixli əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2020-ci il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarıının üzləşdirilməsi aparılmışdır və-2863,45 əskikgəlmə müəyyən olunmuşdur.Cəmisi bu aktda 2156 sıra nömrəsi vardır. İş materiallarına əlavə edilmiş 2020-ci il tarixli (ay, gün göstərilməyib) İddiaçı MMCnin İnventarizasiya şöbəsinin X1 görünür ki, kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən araşdırma bölməsinin mütəxəssisi tərəfindən Cavabdeh iştirakı ilə nəzarət qaydasında tam yoxlanıldı və 2156 say çeşid_- 2863,45 əskik manat məbləğində kənarlaşma aşkar olundu. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2021-ci il tarixli yekun Aktda göstərilir ki, Oba-Saray-7 (1237) mağazasının müdiri maddi məhsul şəxs Cavabdeh iştirakı ilə №32 tarixli əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2021-ci il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarıının üzləşdirilməsi aparılmışdır və -1239,61 əskikgəlmə müəyyən olunmuşdur.Cəmisi bu aktda 2418 sıra nömrəsi vardır. İş materiallarına əlavə edilmiş 2021-ci il tarixli (ay, gün göstərilməyib) İddiaçı MMCnin İnventarizasiya şöbəsinin X1 görünür ki, kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən araşdırma bölməsinin mütəxəssisi (X3) tərəfindən nəzarət qaydasında tam yoxlanıldı və 2418 say çeşid_ - 1239,61 əskik manat məbləğində kənarlaşma aşkar olundu. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2021-ci il tarixli yekun Aktda göstərilir ki, Oba-Saray-7 (1237) mağazasının müdiri maddi məhsul şəxs Cavabdeh iştirakı ilə №32 tarixli əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2021-ci il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarıının üzləşdirilməsi aparılmışdır və -1607,57 əskikgəlmə müəyyən olunmuşdur.Cəmisi bu aktda 2437 sıra nömrəsi vardır. İş materiallarına əlavə edilmiş 2021-ci il tarixli (ay, gün göstərilməyib) İddiaçı MMCnin İnventarizasiya şöbəsinin X1 görünür ki, kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən araşdırma bölməsinin mütəxəssisi (X2) tərəfindən nəzarət qaydasında tam yoxlanıldı və 2437 say çeşid_-1607,57 əskik manat məbləğində kənarlaşma aşkar olundu. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli İmtina aktından görünür ki, İddiaçı MMC-nin Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən Oba-Saray-7 (1237) mağazasında həmin mağaza üzmaddi məhsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2021-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məhsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-1607,57 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2021-ci il tarixli DN6792 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMCdə administrator vəzifəsində çalışan Cavabdeh bildirilir ki, çalışdığı Oba-Saray 7 (1237) mağazasında xx.xx.2021-ci il tarixdə keçirilmiş inventarizasiya (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosessinin nəticələrini imzalaması mütləqdir.Xahiş olunur Daxili Nəzarət Departamentinə yaxınlaşılsın. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2020-ci il tarixində 3863,47 manat, xx.xx.2021-ci il tarixində 1239,61 manat, xx.xx.2021-ci il tarixində 1607,59 manat və ümumi olaraq 5710,67 manat çatışmazlıq müəyyən edilmişdir.Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2255 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir.Beləliklə Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 3455,67 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış Mediasiya prosesinin tətbiqi barədə təklifində göstərilir ki, Cavabdeh 3456 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələb edilir.Bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi, mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi, həmçinin Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməsi təklif edilir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MBŞ/5-01386 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 16:30-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əmlaklarına (maddi qiymətlərə) vurulmuş ziyana görə ödənilməmiş 3456 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və ödənilmiş 6 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-274/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-274/2022
08.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver