Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-276/2021 14.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 14 iyun 2021-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən 10 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qarşılıqlı razılaşma əsasına görə cavabdehdən heç bir tələbləri olmadığından işin baxılmamış saxlanmasını və iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərin əsillərini və dövlət rüsumunu geri qaytarmağı xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı “xxxx” MMC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-276/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-276/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver