Məhkəmə qərarları › İş №2(028)-278/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-278/2020

25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-278/2020 25.09.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8700 (səkkiz min yeddi yüz ) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya məxsus olmuşdur.Etibarnamə əsasında iddiaçının oğlu X1 istifadəsindədir.07.04.2019-cu il tarixdə avtomobili rənglətdirmək üçün Cavabdeh2 məxsus avtotəmir sexində rəngsaz işləyən Cavabdeh1 təhvil verilmişdir. 10.04.2019-cu il tarixdə 09:00 radələrində iddiaçıya zəng gəlmiş və maşının yandığını bildirmişlər.İddiaçı sexə getdikdə avtomobilin yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. 20.04.2019-cu il tarixli FHN-nin DYNX Sumqayıt Regional DYNİ-nin yanğın haqqında aktına əsasən avtomobildə baş vermiş yanğın hadisəsinə səbəb kimi ustanın məsuliyyətsizliyi və obyekt sahibinin yanğın təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində elektrik naqillərində yaranmış qısaqapanmanın yaranmasından baş verməsi qeyd edilmişdir. 20.06.2019-cu il tarixli ƏN-nin Məhkəmə Tibb Ekspertiza İdarəsinin rəyinə əsasən Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı normal vəziyyətdə orta bazar qiyməti 8700 manat müəyyən olunmuşdur. 20.06.2019-cü il tarixli ƏN-nin Məhkəmə Tibb Ekspertiza İdarəsinin rəydə qeyd olunmuşdur ki, Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə görə baş vermiş yanğının mənbəyinin avtomobilin yuk bölməsinin daxilində olaraq və genişlənərək avtomobilin salonuna doğru yayılması, yanğının mənbə zonasında istilik ixrac edən qurğuların akkumulyatorun və uclarının izolyasiya örtüyü açıq vəziyyətdə olan arxa işıqların elertrik xətlərinin yerləşdiyini nəzərə alaraq yanğın qeyd olunan elertrik qurğularında baş vermiş və qəza halının (izolyasiya örtüyü açıq vəziyyətdə olan ucunun digər elertrik xəttinin ucuna, gövdəsinə və s. toxunması) təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından verə bilməsi bildirmişdir.Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.005- 75 DÜST-ün 1.3 bəndinin tələbləri pozulmaqla şifahi razılaşma əsasında avtomobildə rənglənmə işlərini öz üzərinə götürmüş Cavabdeh1 tərəfindən pozulması bildirilmişdir. Azərbaycan Respublikası MM-nin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etmədi və məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı təxminən bir il bundan əvvəl özünə məxsus Mersedes markalı avtomobilini onun işlədiyi sexə gətirərək rənglənməsini bildirdi. Həmin anda onun sexində başqasına məxsus avtomobil olduğundan, yəni sexdə yer olmadığından ona bildirmişdi ki, əlində işi var, bu işini qurtarıb avtomobili sahibinə təhvil verdikdən sonra onun avtomobilinin rənglənmə işi ilə məşğul ola bilər. Yəni Rzayev Şamil Eyvaz oğlu öz avtomobilini aparsın və onunla əlaqə saxlasın ki, sex boş olandan sonra avtomobili gətirsin. Lakin İddiaçı bildirdi ki, avtomobilin qapıları və yük yeri açılmadığından avtomobili aparmaq mümkün olmayacaq. İddiaçı avtomobilinin onun sexinin qabağında, nəzarət edilməyən sahədə saxlamaq istədiyinin mümkün olub olmamasını ondan soruşdu. Cavab olaraq ona bildirmişdir ki, özü bilər, ancaq bu məsələni sexlərin sahibi ilə həll etsin.Bundan sonra o, onun öz avtomobilini aparacağı və ya həyətdə saxlayacağı ilə maraqlanmamışdır.İşin sonunda öz sexinin qapısını bağlayıb evə getmişdi.Səhərisi işə gələrkən öyrənmişdi ki, İddiaçı məxsus “Mersedes” markalı avtomobil ona məlum olmayan səbəblərdən yanmışdır.Lakin avtomobil artıq işlədiyi yerin ərazisindən aparılmışdır.Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşı əsəbi formada bildirmişdir ki, yanan avtomobili hadisə yerindən kim və niyə aparıbdır.Yəni hadisə yerində ekspertizaya aparılmasının, avtomobilin hansı səbəblərdən yanmasını aydınlaşdırmaq mümkün olmamışdır. O, bildirdi ki, avtomobil heç bir şəxs tərəfindən ona təhvil verilməmişdir.Onun sexindən kənarda nəzarətsiz bir ərazidə saxlanılan avtomobilin yanmasına və ya yandırılmasına heç bir cavabdehlik öhdəçiliyi götürmədiyindən, bu işdə özünü günahkar bilmir. İddiaçı sual edilməlidir ki, o nəyə görə, hansı səbəblərdən avtomobilin yanmasını araşdırmalı olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının gəlməsini gözləmədən avtomobili hadisə yerindən uzaqlaşdırmışdır? O, İddiaçı ona qarşı qaldırdığı pul tələbinə qəti şəkildə etiraz etdiyini bildirdi. Cavabdeh2 iddianı qəbul etmədi və göstərdi ki, sexi icarəyə vermişdir. Obyektin təhlükəsizliyini təmin etmək üçün bütün texniki vasitəsələr olmuşdur. Lakin maşının arxa baqajının açılmasında nasazlıqlar olduğuna görə maşının bir hissəsi yanmışdır.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 26.07.2019-cu il tarixli 13546 saylı rəyindən görünür ki, 1999-cu il buraxılışlı Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 8700,00 manat müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 20.09.2019-cu il tarixli 14868 saylı rəyindən görünür ki, İddiaçı məxsus Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi - avtomobilin yuk bölməsinin daxilində olmuş və genişlənərək avtomobilin salonuna doğru yayılmışdır.Yanğının mənbə zonasında (yuk bölməsində) istilik ixrac edən qurğuların akkumulyatorun və uclarının izolyasiya örtüyü açıq vəziyyətdə olan arxa işıqların elertrik xətlərinin yerləşdiyini nəzərə alaraq yanğın - qeyd olunan elertrik qurğularında baş vermiş qəza halının (izolyasiya örtüyü açıq vəziyyətdə olan ucunun digər elertrik xəttinin ucuna, gövdəsinə və s. toxunması) təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmaşından baş verə bilərdi. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.005- 75 DÜST-ün 1.3 bəndinin tələbləri pozulmuşdur.Hadisə yuxarıda göstərilən səbəbdən baş verdiyi halda, avtomobildə rənglənmə işləri aparılarkən texnoloji qurğularda və otaqlardan kənar istehsalat meydançalarında partlayış və yanğın yarada bilən şəraiti istisna edən tədbirlərin görülməsini təmin etmədiyinə, konkret olaraq təmir işlərinin görülməsinə başlanandan əvvəl avtomobilin elertrik təchizatına akkumulyatordan ayırmadığına görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.005-75 DÜST-ün 1.3 bəndinin tələbləri şifahi razılaşma əsasında avtomobildə rənglənmə işlərinin aparılmasını üzərinə ğötürmüş Cavabdeh1 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8700 (səkkiz min yeddi yüz ) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar