Məhkəmə qərarları › İş №2(028)-280/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-280/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-280/2021 18.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.02.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə, 15.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52818 olan X4 8 markalı telefon üçün 315,1 manat ödənilməmiş hissə, 31,9 manat cərimə, cəmi 648 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 07.02.2019-cu il və 15.03.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung LED TV və İMEİ kodu **********52818 olan X4 8 markalı telefon almış və nəticədə 648 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.02.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1461 manat (yəni 18 ay x 77 manat + 75 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə 301 manat olmaqla ondan 274 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 manat cərimə və 15.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 600,1 manat olan (17 ay x 35.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********52818 olan X4 8 markalı telefon üçün ümumilikdə 347 manat olmaqla ondan 315,1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31,9 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1472 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 07.02.2019-cu il tarixli, 00503295 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Samsung LED TV-yə dair müqavilə imzalamışdır.Müqavilənin 1.1ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 07.02.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 77 manat olmaq şərti ilə ödəməlidir. 07.02.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Ataşov X1 LED TV adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 15.03.2020-ci il tarixli, 20177632 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə X4 8 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 15.03.2020-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (17 ay) 35,3 manat olmaq şərti ilə ödəməlidir. 15.03.2020-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Ataşov X2 Redmi Note 8 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 21.04.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.02.2019cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə, 15.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52818 olan X4 8 markalı telefon üçün 315,1 manat ödənilməmiş hissə, 31,9 manat cərimə, cəmi 648 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 07.02.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə, 15.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52818 olan X4 8 markalı telefon üçün 315,1 manat ödənilməmiş hissə, 31,9 manat cərimə, cəmi 648 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar