Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-281/2024 24.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(028)-225/2022 saylı qətnaməsi ilə təyin olunmuş 175 manat sabit aliment məbləğinin dəyişdirilərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsində alimentin tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə xx.xx.2004-cü il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 209 №-li qeyd ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı anadan olmuşdur. Aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-10157/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması müəyyən edilmiş və hər ay cavabdehin qazancının 1/3 hissəsi miqdarda alimentin tutulması barədə qətnamə çıxarılmışdır. Sonradan o, 2022-ci il tarixdə Qubadlı Rayon Məhkəməsinə aliment miqdarının dəyişərək hər ay hər uşağa görə 300 (üç yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş elmiş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (028)-225/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazır ki dövürə münasibətdə həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyil. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 2 ilə yaxın müddət keçmişdir və bu müddət ərzində uşağın saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hal-hazırda uşağın böyüməsi, eləcədə digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşağın saxlanılması çətinləşmişdir. Qubadlı Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdehin maddi vəziyyəti və qazancı yetərincədir. Qız övladı xx.xx.2004-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Cavabdeh Sumqayıt Tibb Mərkəzi Publik Şəxs TTTY stansiyasının arayışına görə tibb qardaşı kimi çalışır və əmək haqqısı yüksəkdir. Özü hal-hazırda heçbir yerdə işləmir. Oğlu xx.xx.2014-ci il təvəllüdlü X1 xestəliyindən əziyyət çəkir, daimi müalicəyə və diqqətə ehtiyacı var. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, hazırda X14 xəsətəxanasında feldşer işləyir. Aldığı maaş 1000 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə razı deyil. Onu ədalətsiz, qanunsuz hesab edir. Belə ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür, valideynləri onun himayəsindədir. Anası 2-ci qrup əlildir, fəaliyyət qabiliyyəti yoxdur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. X7 14600 manat + 3000 manat pul götürmüşdür ki, anasını müalicə etdirsin. Ailəlidir. xx.xx.2021-ci il tarixində X8 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladı - xx.xx.2021-ci il təvəllüdlü X4 vardır. Övladı azyaşlıdır, onun yeməkləri və əlavə qidaları olduqca bahadır. Bankın pulunu ödəmək, 308 manat aliment, anasının iynə-dərmanları ödənilikdən sonra yeməyinə demək olar ki, pul qalmır. xx.xx.2004-cü il təvəllüdlü X3 artıq 18 yaşı tamam olmuşdur. Gülbəniz özü işləyir, səyyar ticarətlə məşğuldur. Hətta yay aylarında Selcan da ona köməlik göstərərək yaxşı qazanc əldə edirlər. Sadəcə olaraq o, ailə qurdu, övladı var, bunu həzm edə bilməyən Gülbəniz onu məhkəmələrdə süründürməkdən əl çəkmir. Bütün qazancını kredit götürdüyü banklara və iynə dərmanlara, həmçinin övladının tələbatlarını ödəməyə güclə çatır. Hazırda maaşın artmasında istifadə edən Gülbəniz alimenti sabit pul məbləği şəkildə deyil, əmək haqqına yönəldilməsini istəyir. Görəsən bundan öncə dəfələrlə niyə sabit pul məbləğində tələb edirdi? Özünün və qızının qazancı 2000-2500 manat təşkil edir. Daim alver edir, ticarətlə məşğuldur. Məhkmə iclasında Cavabdeh etiraz ərizəsini müdafiə edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-225/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək xx.xx.2004-cü il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsi TTTY Stansiyasının 1921 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən X14 Stansiyasında TTT çağırış üzrə tibb qardaşı vəzifəsində çalışır. Viza cart üzrə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək dövriyyə 16152,73 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli rentgen vərəqəsindən görünür ki, 2014-cü il təvəllüdlü Özgür Qasımzadə onurğa əyilməsindən əziyyət çəkir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən mediasiya prosesində İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Mediasiya xərcini 50 manat İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(028)-225/2022 saylı qətnaməsi ilə təyin olunmuş 175 manat sabit aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqısı və digər gəlirlərinin ¼ hissəsində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(028)-225/2022 saylı qətnaməsi ilə təyin olunmuş 175 manat sabit aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqısı və digər gəlirlərinin ¼ hissəsində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-281/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-281/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver