Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-284/2021 14.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı QSC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh 890 manat borc, 133,50 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X2” ilə Cavabdeh arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 890 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə fiziki şəxs “X2” arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “X2”-nin Cavabdeh qarşı olan 890 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir.Eyni zamanda tələb etmə hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir.”İddiaçı” MMC 18.11.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı atır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir.Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinimn ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Belə ki, cavabdeh bugünə qədər heç bir ödəniş etməmişdir.Onun bugünə 890 manat əsas borcu, 133.50 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir.Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 22.09.2020-ci il tarixli, VN000258 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı “X2” alıcı Cavabdeh siyahısı Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.Həmin müqavilənin 1.2-ci maddəsinə görə satıcı bu müqaviləyə əsasən dəyəri 890 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 0 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. 22.09.2020-ci il tarixli 1 saylı Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, alıcı ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq ilk 11 ayda hər ay 75 manat, 12-ci ayda isə 65 manat olmaq şərti ilə ödəməlidir. 22.09.2020-ci il tarixli Təhvil-təslim Aktından görünür ki, satıcı “X2” alıcı Cavabdeh 22.09.2020-ci il tarixli, VN000258 saylı Nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan malı təhvil vermişdir və alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. 11.09.2019-cu il tarixli R-148/19 saylı Faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor (İddiaçı MMC) borclu barəsində müştərinin (“X2”) borcluya mallarının satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. R-148/19 saylı 11.09.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan 08.10.2020-ci il tarxili R-148/19-0036 saylı Sazişə əsasən “X2” borclu Cavabdeh 22.09.2020-ci il tarixli, VN000258 saylı müqaviləyə əsasən yaranmış 890 manat borcuna dair tələb etmək hüququnu İddiaçı MMC-yə güzəşt etmişdir. 28.04.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən 22.09.2020-ci il tarixli, VN000258 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə borcu olması barədə xəbərdar edilmişdir. 18.11.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı MMC İddiaçı QSC-yə çevrilmişdir. 28.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 22.09.2020-ci il tarixli, VN000258 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 28.04.2021-ci il tarixinə İddiaçı QSC-yə 890 manat əsas və 133,50 manat cərimə borcu olmaqla cəmi 1023,50 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nisyə alqı-satqı müqaviləsinə əsasən “X2” üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş yəni müqavilədə nəzərdə tutulan avadanlığı Cavabdeh vermiş, lakin sonuncu avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. “X2” tələb etmə hüququnu faktorinq müqaviləsinə əsasən İddiaçı MMC-yə güzəşt etdiyindən nəticədə Cavabdeh İddiaçı MMC (hazırda İddiaçı QSC ) qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 196, 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4, 600.5, 655.3, 657.3-cü maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 890 manat borc, 133,50 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-284/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-284/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver