Məhkəmə qərarları › İş №2(028)-29/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-29/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-29/2025 19.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8460 manat maddi ziyanın və ödənilmiş 105 manat dövlət rüsumunun, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-363/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Ona görə ki, 13 iyul 2018-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 1 ünvanına qonaq gəlmiş və otaqlardan birində yatmış İddiaçı məxsus əl çantasını açaraq çantanın içərisində olan 7500 manat dəyərində olan İtaliya istehsalı olan 750 əyarlı qızıla malik brilyant qaşlı üzük, boyunbağı və bilərzikdən ibarət bir ədəd komplekt, 240 manat dəyərində Rusiya istehsalı olmaqla 4 qramlıq çəkiyə 585 əyara malik bir ədəd üzüyü və 720 manat dəyərində Rusiya istehsalı olan 12 qr çəkiyə və 585 əyara malik bir cüt qızıl sırğanı gizli olaraq talayıb ona xeyli miqdarda, yəni cəmi 8460 (səkkiz min dörd yüz altmış) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Cavabdeh tərəfindən ona dəyən maddi ziyan 8460 manat civarında qiymətləndirilsə də, əslində ona məxsus oğurlanan qızıl-zinət əşyaları daha bahalı, qiymətli olmuşdur. Ona daha böyük məbləğdə maddi ziyan dəymişdir. Cavabdeh şikayətçidir və ona vurduğu maddi ziyanı tələb edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi ərazisində yerləşən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə məhkəmədə istirak etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-363/2024 saylı xx.xx.2024-cü il tarixli Hökmündən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış İddiaçı verdiyi ifadəsində göstərmişdir ki, 0,2018-ci ilin iiyul ayının 12-dən 13-nə keçən gecə Cavabdehgildə qalmışdır. Ona məxsus qızıl-zinət əşyalarını Əminənin oğlu Raul oğurlamış, oğurlanan qızıllar onun qızının olmuşdur. Xızıda nəvəsinin ad gününə getməyə hazırlaşmışdır. Qızı xalası oğlu Yavəri də ad gününə dəvət etmişdir. Yavər axşam ona zəng edib “Gülşən, bizə gələrsən, ad gününə birlikdə gedək” demişdir.Qızının qızılları da onda olmuşdur. Həmin qızılların dəyəri 7500manat məbləğində olmuş və onun özünə aid olan ətəkli sırğa və bir ədəd üzük olmuşdur.Müstəntiq ona dəymiş olan maddi ziyanı cəmi 8500 manat məbləğində hesablamışdır, amma onunla razı olmamışdır. Hadisə günü qızı qızılların olmadığını görmüşdür. Əminə ona “Gülşən, Yavərə heç nə demə, mən sənin qızıllarını geri qaytaracam” demişdir. O, Əminə ilə razılaşmış və Xızıya getmişdir. Bir müddət Əminənin qızılları geri qaytarmasından xəbər gözləmiş, amma ondan xəbər gəlməmiş və o da xalası oğlu Yavərə zəng edib “xalaoğlu, mənim qızıllarım oğurlanıb, polisə vermişəm və o qızıllar sizin evdən çıxacaq, elə elə ki, qohum-əqrəba bilməsin” demişdir. Daha sonra Yavər Əminənin yanında ona zəng etmiş, amma Əminənin onun yanında olmasını deməmişdir. O, Yavərə yenə də hər şeyi olduğu kimi demiş, Yavər də ona “Mənim sənin evində nə işim var idi ki, sən mənim ailəmin üstünə şər atırsan?” demişdir.Bundan sonra daha heç nə deməmişdir. Daha sonra bir gün toyda Əminə ilə görüşmüş və Əminəyə yavaşca “mənim qızıllarımı nə zaman geri qaytaracaqsan?” demiş, Əminə də “sakit ol, Gülşən, narahat olma, geri verəcəm” demişdir. O da Yavərgilin ailəsi dağılmasın deyə əvvəlcədən heç nə deməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir və o, Cavabdeh şikayətçidir. Hökmdə qeyd edilir ki, Cavabdeh İddiaçı çantasından qızıl-zinət əşyalarını oğurlamaması, həmçinin Yavər Əhmədovun seyfindən yalnız 20000 ABŞ dolları məbləğində əmlak talaması, ittihamda qeyd olunan məbləğ və qızıl-zinət əşyalarının oğurlanmasına aidiyyəti olmaması barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan e-Manat ödəniş sisteminin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddiaların verilməsinə görə 105 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya maddi ziyan vurması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-363/2024 saylı xx.xx.2024-cü il tarixli Hökmü ilə öz təstiqini tapır və bu səbəbdən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8460 manat maddi ziyan və 105 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar