Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-296/2021 22.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 2960 manat, 40 manat benzin, 1000 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumu, ümumilikdə 4030 (dörd min otuz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 03.08.2020-ci il tarixdə avtomobili almaq üçün turbo.az saytından nömrə götürərək ora zəng etmişdir.O, 2004-cü il buraxılışlı, «Cadilac SRX» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını almaq istədiyini maşının sahibi olan Cavabdeh bildirmişdir. Cavabdeh ona mühərrikinin yağını dəyişməyini, avtomobilin akumulyatorunun olmadığını və avtomaşının sığortalanmadığını bildirmişdi. Eyni zamanda demişdir ki, avtomobilin ümumi qiyməti 6000 manat təşkil edir.İlkin olaraq 3000 manat ödəyəcək və 6 ay müddətinə hər ay 500 manat ödəyəcək. Mühərrikinin yağını dəyişməyini, avtomobilin akumulyatorunun dəyişməyini və avtomaşının sığortalanmağını Cavabdeh öz üzərinə götürmüş və maşını saz vəziyyətdə verəcəyini bildirdi. 05.08.2020-ci il tarixdə Cavabdeh ilə görüşdü və avtomobil təmir olunan yerə getmişlər. Cavabdeh maşını işə saldı və ona bildirdi ki, avtomobilin bir neçə detalanı dəyişmiş və avtomobil işlək vəziyyətdədir. «Cadilac SRX» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını alqı-satqı etmək üçün o, cavabdehlə etibarnamə almaq üçün Sumqayıt şəhərində yerləşən 3 saylı notariat kontoruna getmişlər. X1 yanında cavabdehə 2960 manat vermişdir. Etibarnamə aldıqdan sonra maşının olduğu yerə getmişlər. O, avtomobili işə salıb yanacaqdoldurma stansiyasına tərəf sürmüşdür. Yanacaqdoldurma stansiyasında avtomobilə 40 manatlıq benzin vurmuşdur. Yanacaqdoldurma stansiyasından çıxdıqda heç 500 metrə getməmiş avtomaşın qızdırdı.O, cavabdehə maşının xarab olduğunu bildirmiş və maşını cavabdeh düzəldən yerə gətirdi. Cavabdeh avtomobili ustaya göstərəcəyini və düzəldəcəyini bildirmişdir.O isə cavabdehə verdiyi 2960 manat geri qaytarılmasını tələb etmişdir.Cavabdeh səhərisi günü 2960 manat ona qaytaracağına söz vermiş, lakin bunu etməmişdir.06.08.2020-ci il tarixdə onun anası X3 pulu almaq üçün cavabdehin ünvanına getmiş, söhbət zamanı cavabdehin atası Məhəmmədov Qasım Xürrəm oğlu anasını döyərək xəsarət yetirmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir.Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 12.08.2020-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı X6 və atası X5 eyniməzmunlu izahat verərək Turbo.az saytı vasitəsi ilə «Cadilac SRX» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Heybətağa adlı şəxsə ilkin 2960 manat ödənilməklə və 6 ay hər ay 500 manat ödənilmək şərti ilə etibarnamə əsasında satdığını və avtomobilin akumulyatorunu, yağını dəyişdirib texniki baxışını, sığortasını yeniliyərək ona təhvil vermiş, avtomaşın satılan zaman 4 ilə yaxın sürülmədiyini, nasazıqlarının olduğu üçün evakuator vasitəsi ilə aparılmalı olduğu izah olunmuş, bu səbəbdən də avtomaşının mühərrikinin qaynatmasını Heybətağa adlı şəxsə bildirmişlər. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 647-ci maddəsinə əsasən daşınmaz əşyaların alqısatqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası MM-in 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 12.08.2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı X6 və atası X5 eyniməzmunlu izahat verərək göstərmişlər ki, avtomaşını satdığı şəxsə etibarnamə verilmişdir. Məhkəmədə müəyyən olundu ki, tərəflər «Cadilac SRX» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsini bağlamamışlar və notariat qaydasında təsdiqlətməmişlər. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbayçan Respublikası MM-in 334-cü maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası «Notariat haqqında» qanununun 46-сi maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası MM-in 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 12.08.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh X6 izahatında etiraf etmişdir ki, «Cadilac SRX» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Heybətağa adlı şəxsə ilkin 2960 manat ödənilməklə və 6 ay hər ay 500 manat ödənilmək şərti ilə etibarnamə əsasında satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma 1000 manat və 40 manat benzinə ödədiyini göstərsə də, bunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir.Bu hissədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. «F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu 16 noyabr 2016-cı il tarixli qərarında göstərilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı hesab edərək qəbul edə bilməz. Etiraf hər bir halda məhkəmə tərəfindən yoxlanılmalıdır və aşağıdakılar aşkar olunduqda etirafın qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə, faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə, faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Hazırki işdə Konstitusiya Məhkəməsinin Plenumu 16 noyabr 2016-cı il tarixli qərarında göstərilən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh verdiyi 2960 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində pulu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-296/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-296/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver