Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-3/2024 23.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “Unibank» KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5542,59 manat əsas borcun, 1018,4 manat faiz, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcun və 86,79 manat ödənilmiş dövlət rüsumunun “Unibank» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-509/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işin icraatı iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4641/2023 saylı mülki işi üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-3/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" KB ASC-nin işin icraatının təzələnməsinə dair ərizəsinə əsasən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(028)-3/2024 saylı mülki iş üzrə icraat təzələnilmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5542,59 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini dövrü olaraq pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5542,59 manat əsas borcu, 1018,4 manat faiz, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sosial şəbəkədə link vasitəsi ilə ad, soyadını qeyd etmiş, lakin sonra heç bir əməliyyat aparmamışdır. Sonradan məlum olmuşdur ki, kartından başqa telefon vasitəsi ilə başqa kartlara köçürmələr edilmişdir. 9700 manat pulun karta köçürülməsindən hardasa 12-14 saat sonra bank əməkdaşları ona zəng edərək kartdan şübhəli əməliyyatların aparılmasını ona bildirmişdir. Həmin vaxta bank əməkdaşına kartının dondurulmasını təklif etmişdir. O zaman karta pul daxil olmuşdur. Bank tərəfindən mobil vasitəsi ilə kreditin götürülməsinə dair təhlükəsizlik tədbirləri bank tərəfindən tam təmin olunmur. Kartdan pul çıxarılmasına dair ona heç bir sms gəlməmişdir. İddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2782sSUMb/21 saylı xx.xx.2021-ci il tarixli Kredit xətti müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfinə Cavabdeh illik 25% olmaqla şərtilə xx.xx.2024-cü il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 10000 manat təyin edilir. Borcalan bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağa öhdəsinə götürür. Ödəniş kartın istifadə müddəti 60 aydır. İş materiallarında olan ******* saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 2782sSUMb/21 saylı Kredit müqaviləsinə əsasən 5542,59 manat əsas borcu, 1018,4 manat faiz borcu, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcu var. İş materiallarından görünür ki, "xxxx" KB ASC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1508/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “İnstaqram” sosial şəəbəkəsində "xxxx" KB ASC-yə aid lotoreya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elana xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, bağlar massivi fərdi evdə yaşayan Cavabdeh lotereyada iştirak etmək üçün həmin link vasitəsi ilə səhifəyə daxil olub, orada istifadəsində olan 050 ******* saylı mobil nömrəni qeyd edərək, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:13-də "xxxx" KB ASC-yə aid “8117”saylı nömrədən “SMS” vasitəsi ilə göndərilən “890900” saylı məxfi şifrəni əldə edib, “unibbankazllogin.ml” linkdə olan səhifəyə daxil etdikdən sonra sonuncunun istifadəsində olan “**********251610” nömrəli albalı kredit kartının hesabındn xx.xx.2022ci il tarixdə saat 23:16-da xeyli miqdarda 9700 manat məbləğində pul naməlum şəxs tərəfindən gizli olaraq oğurlanmışdır. Qərarda göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğu üçün fakta görə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Bu səbəbdən iddia təmin olunaraq cavabdehdən 2782sSUMb/21 saylı xx.xx.2021-ci il tarixli Kredit xətti müqaviləsi üzrə 5542,59 manat əsas borc, 1018,4 manat faiz borcu, 72,48 manat cərimə borcu, cəmi 6633,47 manat borc və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5542,59 manat əsas borc, 1018,4 manat faiz borcu, 72,48 manat cərimə borcu, cəmi 6633,47 manat borc və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-3/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-3/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver