Məhkəmə qərarları › İş №2(028)-30/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-30/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-30/2021 23.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh1 qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 151,20 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat, 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 272,41 manat cavabdehdən alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, “Azəriqaz” İstehsalat Birliyi 24.05.2017-ci il tarixli 08-699 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 məxsus yaşayış evini təbii qazla təchiz edir.Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00220 nömrəli abonent kodu verilmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın tələblərini pozaraq qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 14.05.2019-cu il tarixdə Cavabdeh1 mənzilində quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı abonentın iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir.Çıxarılmış sayğac yoxlanılması üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK- 29/1710-01654-3 nömrəli rəyinə əsasən sayğacın plastmas qapağının ekranın qoruyucu şüşəsinin üst tərəfində iz var, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdən itirilmiş qazın sərfiyyatına görə 151,20 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat ümuilikdə 242,41 manat abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Birliyin məqsədi səlahiyyət daxilində dövlətin əmlakın qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 göstərdi ki, onlar 4-cü mərtəbədə yaşayırlar.Sayğac mənzildə deyil, blokda yerləşdirilmiş və onlar qaz sayğacına heç bir müdaxilə etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt X5 ilə Cavabdeh1 arasında 24.05.2017-ci il tarixdə 08-699 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «Azəriqaz» İB-nin Sumqayıt qaz istismar idarəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqda göstərilmişdir ki, sizin mənzildə olan G-4 markalı, ******* nömrəli qaz sayğacı ******* nömrəli akt tərtib edilərək çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlanılmasına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdən də itirilmiş qazın sərfiyyətinə görə 151,20 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat, ümumilikdə isə 242,41 manat borc yaranmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 12.2019-cu il tarixə Cavabdeh1 aktlar üzrə 151,20 manat borcu var. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, G-4 markalı, ******* nömrəli qaz sayğacın plastmas qapağının ekranın qoruyucu şüşəsinin üst tərəfində iz var, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 06.11.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, ******* nömrəli qaz sayğacın plastmas qapağının ekranın qoruyucu şüşəsinin üst tərəfində iz var, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-01654-3 nömrəli rəyinə əsasən G-4 markalı, ******* nömrəli qaz sayğacın plastmas qapağının ekranın qoruyucu şüşəsinin üst tərəfində iz var, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarında olan və Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh1 22.10.2020-ci ildə ölmüşdür. Belə olan halda Cavabdeh1 məhkəmədə müvafiq icraat başlamamışdan əvvəl, yəni 11.11.2020-ci il tarixdən əvvəl - 22.10.2020-ci il tarixdə vəfat etdiyi aydın olur.Vəfat etmiş şəxsin işdə tərəf olması, mülki hüquq və vəzifələri daşıması mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin Cavabdeh1 qarşı yönəlmiş mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat İdarəsi tərəfindən Qubadlı Rayon Məhkəməsinə ünvanlanmış 02.08.2021-ci il tarixli, N 05/5438-11 saylı məktubdan görünür ki, 22.10.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh1 hüquqi varisinin müəyyən edilməsi barədə müraciətə baxılmışdır.Bildirilir ki, ”Elektron notariat” infornasiya sistemindən əldə olunmuş məlumata əsasən 04.05.2021-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisində adıçəkilən şəxsin miras əmlakina dair vərəsəlik hüququ haqqında şəhadətnamə arvadı Cavabdeh2 və nəvəsi Hikmət Oqtay oğluna (12.06.2007-ci il tarixdə vəfat etmiş övladı X1 vərəsəsi) verilmişdir. «N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı kecir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icracısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdrdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.Vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsində borclunun ölümü halının zaminlik münasibətlərinin hüquqi qüvvəsinə təsiri məsələsi tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndində mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ barədə qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir. Qeyd olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu zaminliyə xitam verilməsini tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsinin qanunverici tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsinin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi 26.01.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları iddiaçı təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia tələbinin Cavabdeh1 qarşı yönəlmiş hissəsində mülki işin icraatına xitam verilsin. Cavabdeh1 tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 151,20 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat, 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 272,41 manat Cavabdeh2 alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar