Məhkəmə qərarları › İş №2(028)-306/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-306/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-306/2022 09.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi , İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək tələbə etiraz etmişdir.Qubadlı Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25%lə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür.Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə borclunun xx.xx.2022-ci il tarixinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasənё borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası ücün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərdi ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat məbləğində pul illik 25% olmaqla 24 ay müddətinə kredit verilmişdir.Ödəniş cədvəli üzrə o, hər ay iddiaçıya 533 manat ödəməli olduğu halda tərəfindən banka 14 ay müddətə hər ay 540 manat ödəniş olunaraq 7560 manat ödəmiş, xx.xx.2021-ci il tarixdə isə 4000 manat bir dəfəyə, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə isə 50 manat olmaqla ümumilikdə 11710 manat məbləğində pul iddiaçıya ödəmişdir. Kredit müqaviləsi üzrə iddiaçıya ödənilməli olan 2809,11 manat məbləğində faiz borcundan 1710 manat ödəniş edilmişdir ki, borc vaxtından əvvəl ödənildiyi üçün 1099,11 manat məbləğində faiz iddiaçıya tərəfindən ödənilməmişdir.Hesab edir ki, İddiaçı ASC-nin ona və digər cavabdehlərə qarşı olan pul tələbinə dair iddiası əsassızdır və buna görə də təmin oluna bilməz.Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılması xahiş edilir Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 4-MZ2-2-0-1469-20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçıASC (kreditor) Cavabdeh1 (********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicilərinin reyestrinə daxil edilmiş) (borclu) biznes məqsədi ilə 24 ay müddətinə illik 25% olmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verir.Təminat: Cavabdeh2 və Cavabdeh3- zaminlik. 4-MZ2-2-0-1469-20 saylı xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 4-MZ2-2-0-1469-20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə bankdan kredit götürmüş borclu Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzrələrinə götürmüşdür. 4-MZ2-2-0-1469-20 saylı xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 4-MZ2-2-0-1469-20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə bankdan kredit götürmüş borclu Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzrələrinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə kredit öhdəliyi üzrə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcu vardır. Cavabdeh1 etiraz ərizəsinə əlavə etdiyi İddiaçı ASC-nin hesabdan çıxarışının surətindən görünür ki, Cavabdeh1 (VÖEN **********) – hesabın adı üzrə 10000 manatlıq kredit üzrə xx.xx.2020-xx.xx.2022-ci il tarixli aralığa görə qalıq borc 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 635,33 manat əsas borc, 50,3 manat faiz borcu, 26,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 712,24 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar