Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-317/2020 15.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «İddiaçı» İB-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğaçının yararsız hala salmasına görə hesablanmış 126,00 manat məbləğində dəymiş ziyanın, 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 156,00 manat cavabdehdən alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2020-ci il tarixli 1519 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir.Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00590 nömrəli abonent kodu verilmişdir. Həmin ünvana İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən G-4 markalı, 1202AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın tələblərini pozaraq qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, 1202AQ**********8 nömrəli qaz sayğaçı abonentın iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir.Çıxarılmış sayğac yoxlanılması üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-02805-3 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, yivli birləşmələrində korroziya izi mövcuddur və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdən itirilmiş qazın sərfiyyatına görə 126 manat borc abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Birliyin məqsədi səlahiyyət daxilində dövlətin əmlakın qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Onun mənzilinə gələn qaz sayğacı çöldə quraşdırılmışdır. Qeyd olunanlara əsasən iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, “İddiaçı” X1 X3 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1519 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir.Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «İddiaçı» İB-nin Sumqayıt qaz istismar idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqda göstərilmişdir ki, sizin ünvanda olan G-4 markalı 1202AQ**********8 nömrəli qaz sayğaçı ******* nömrəli akt tərtib edilərək çıxarılmış yeni ılə əvəz edilmişdir. Çıxarılmış sayğaç dövlət yoxlanılmasına İnformasiya Texnoloqiyaları və Rabitə İdarəsinə göndərilmiş və İnformasiya Texnoloqiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanınızdan cıxarılmış sayğacına müdaxilə olduğuna görə sayğac istismara yararsız kimi qiymətləndirilmişdir.Bu səbəbdəndə itirilmiş qazın sərfiyyətinə görəi 126 manat borcu yaranmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 05.2019-cü il tarixə Cavabdeh aktlar üzrə 126 manat borcu var. İş materiallarında olan «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, G-4 markalı 1202AQ**********8 nömrəli məişət qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş MSK 29/1710-02805-2 aktından görünür ki, İnformasiya Texnoloqiyaları və Rabitə İdarəsinin sayğacların laboratoriyasında baxış keçirildi və müəyyən edildi ki, 1202AQ**********8 nömrəli məişət qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Yivli birləşmələrində korroziya izi mövcuddur və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin12 may2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmədə qaz sayğaçının zədələnmə məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları iddiaçı təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 126,00 manat məbləğində dəymiş ziyanın, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 156,00 manatın Cavabdeh alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-317/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-317/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver