Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-320/2021 25.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12215 olan Xiaomi Mi A2 Lite markalı telefon və aksesuar üçün 179 manat ödənilməmiş hissə, 17 manat cərimə, 20.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80914 olan Huawei P30 Lite markalı telefon üçün 695 manat ödənilməmiş hissə, 69 manat cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefon, telefon quraşdırma və aksesuar üçün 33,8 manat ödənilməmiş hissə, 3,2 manat cərimə, cəmi 997 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 27.05.2019-cu il tarixli, 17.01.2020-ci il tarixli və 20.01.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********12215 olan Xiaomi Mi A2 Lite markalı, İMEİ kodu **********80914 olan Huawei P30 Lite markalı telefon və İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefon almış və nəticədə 997 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 540 manat (yəni 15 ay x 36 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********12215 olan Xiaomi Mi A2 Lite markalı telefon və aksesuar üçün ümumilikdə 196 manat olmaqla ondan 179 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 manat cərimə, 20.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 783 manat (yəni 18 ay x 43,5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********80914 olan Huawei P30 Lite markalı telefon üçün ümumilikdə 764 manat olmaqla ondan 695 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 manat cərimə və 17.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefon, telefon quraşdırma və aksesuar üçün 37 manat olmaqla ondan 33,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,2 manat cərimə borcu yaranmışdır. Cavabdeh 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefonu, yeni qızıl zəmanəti 20.01.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 783 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1236 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 27.05.2019-cu il tarixli, 00685279 saylı, 17.01.2020-ci il tarixli, 20043083 saylı və 20.01.2020-ci il tarixli, ********* saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Xiaomi Mi A2 Lite markalı telefon və iki Huawei P30 Lite markalı telefonlara dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 27.05.2019-cu il tarixli, 17.01.2020-ci il tarixli və 20.01.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəllərinə uyğun olaraq hər ay (15 ay) 36, hər ay (18 ay) 45,6 manat və hər ay (18 ay) 43,5 manat olmaq şərti ilə ödəməlidir. 27.05.2019-cu il tarixli, 17.01.2020-ci il tarixli və 20.01.2020-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Xiaomi Mi A2 Lite markalı telefon və iki Huawei P30 Lite markalı telefonlar adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 06.05.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12215 olan Xiaomi Mi A2 Lite markalı telefon və aksesuar üçün 179 manat ödənilməmiş hissə, 17 manat cərimə, 20.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80914 olan Huawei P30 Lite markalı telefon üçün 695 manat ödənilməmiş hissə, 69 manat cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefon, telefon quraşdırma və aksesuar üçün 33,8 manat ödənilməmiş hissə, 3,2 manat cərimə, cəmi 997 manat borcu vardır.Cavabdeh 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefonu, yeni qızıl zəmanəti 20.01.2020-cii l tarixinə qədər istifadə etdikdən sonra məhsul 783 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12215 olan Xiaomi Mi A2 Lite markalı telefon və aksesuar üçün 179 manat ödənilməmiş hissə, 17 manat cərimə, 20.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80914 olan Huawei P30 Lite markalı telefon üçün 695 manat ödənilməmiş hissə, 69 manat cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********00102 olan Huawei P30 Lite markalı telefon, telefon quraşdırma və aksesuar üçün 33,8 manat ödənilməmiş hissə, 3,2 manat cərimə, cəmi 997 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-320/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-320/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver