Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-331/2021 05.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdehi maşın satışı ilə məşğul olan şəxs kimi tanıyır.O, cavabdehə bildirdi ki, ona təsərrüfatda işlətmək üçün maşın lazımdır və cavabdeh ona demişdir ki, 5500 manata maşın var və təcili satılır.O, cavabdehə bildirmişdir ki, həmin məbləğ tam yoxdur, əvvəl bir hissəsini versin, maşını adına rəsmiləşdirəndə pulun qalan hissəsini ödəyəcək. 2001-ci il istehsalı olan UAZ markalı **-DO-*** dövlət nömrə nişanlı avtomaşın üçün o cavabdehə 3520 manat məbləğində ödəniş etmişdir.Cavabdeh həmin məbləğdən cəmi 1000 manatını avtomaşının mülkiyyətçisi X1 ödəmiş, qalan hissəsini ödəməmişdir. Pulu cavabdehdən tələb edəndə o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bu səbəbə görə o və avtomaşının mülkiyyətçişi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə şikayət etmişdir. Bölmədə araşdırma aparılmış və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 yanvar 2020-ci il tarixli qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Fuad Əliyev tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» 16.01.2020-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı X2 izahatında göstərmişdir ki, özünə məxsus 2001-ci il istehsalı olan UAZ markalı **-DO-*** dövlət nömrə nişanlı avtomaşını satmaq qərarına gəldikdən sonra 25.12.2019-cu il tarixdə uzun müddət tanıdığı maşın alveri ilə məşğul olan Abdulla adlı şəxs ona sonradan adı məlum olan Həzrətqulu adlı şəxsə maşın lazım olduğunu bildirmişdir.O, maşını satmaq üçün Abdulla adlı şəxsə 5500 manata satılması və özünə 100 manat beh vermək şərti ilə razılaşmışdır.Bundan sonra Abdulla adlı şəxs ona həmin müştərinin əlində 4900 manat pul olduğunu bildirib, qalan 600 manatı maşını sənədləşdirdikdən sonra verəcəklərini boldirmişdir.Bundan sonra Abdulla Həzrətqulu adlı şəxsdən ilk öncə 2500 manat, sonra 900 manat pul almışdır.Avtomobili hələlik rəsmiləşdirə bilmədikləri üçün Həzrətqulunun yaşadığı ünvana aparıb qoysa da, ona 1000 manat pul versə də, sonradan ona məlum olmuşdur ki, Abdulla Həzrətquludan 3520 manat pul almış və qalan pulunu ona verməmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Abdulla adlı şəxs 2001-ci il istehsalı olan UAZ markalı **-DO-*** dövlət nömrə nişanlı avtomaşını ona satmaq üçün 4800 manat razılaşdıqdan sonra həmin şəxsə 3520 manat pul verməsinə baxmayaraq, indiyə kimi avtomobili onun adına rəsmiləşdirməmişdir. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-in 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Fuad Əliyev tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» 16.01.2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı maşının mülkiyyətçisi X2 izahatında göstərmişdir ki, Abdulla Həzrətqulu adlı şəxsdən ilk öncə 2500 manat, sonra 900 manat pul almışdır.Avtomobili hələlik rəsmiləşdirə bilmədikləri üçün Həzrətqulunun yaşadığı ünvana aparıb qoysa da, ona 1000 manat pul versə də, sonradan ona məlum olmuşdur ki, Abdulla Həzrətquludan 3520 manat pul almış və qalan pulunu ona verməmişdir. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-331/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-331/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver