Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-337/2021 06.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 20.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1187,11 manat, 195,39 manat faiz borcu, cəmi 1382,50 manat borcun, 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2611,24 manat, 18,40 manat faiz borcu, cəmi 2629,64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlanmış ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.Öz ərizəsində iddiaçı göstərmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 20.05.2020-ci il tarixli RGTK2100214A121 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 1370,09 manat məbləğində kredit verilmişdir. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli PFRK0267097A121 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2667,39 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilələrin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Cavabdehin «xxxx» ASC-yə 18.05.2021-ci il tarixə 20.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1187,11 manat, 195,39 manat faiz borcu, cəmi 1382,50 manat borcu, 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2611,24 manat, 18,40 manat faiz borcu, cəmi 2629,64 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarliq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 20.05.2020-ci il tarixli RGTK2100214A121 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 1370,09 manat məbləğində kredit verilmişdir. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli PFRK0267097A121 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2667,39 manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan və «xxxx» ASC tərəfindən tərtib edilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh 18.05.2021-ci il tarixə 20.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1187,11 manat, 195,39 manat faiz borcu, cəmi 1382,50 manat borcu, 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2611,24 manat, 18,40 manat faiz borcu, cəmi 2629,64 manat borcu yaranmışdır. İş materiallarında olan və «xxxx» ASC tərəfindən cavabdehə ünvanlanmış 15.01.2021-ci il tarixli axırıncı bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni şərtlənilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmədə müəyyən olunub ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmiş və buna görə iddia təmin olunmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdəё onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə 20.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1187,11 manat, 195,39 manat faiz borcu, cəmi 1382,50 manat borc, 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2611,24 manat, 18,40 manat faiz borcu, cəmi 2629,64 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-337/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-337/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver