Məhkəmə qərarları › İş №2(028)-346/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-346/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-346/2021 02.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh 385 manat borc, 25,68 manat cərimə, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, fiziki şəxs “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 385 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə fiziki şəxs “xxxx” MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “xxxx” MMC-nin Cavabdeh qarşı olan 385 manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir.Eyni zamanda tələb etmə hüququnun “xxxx” MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir.İddiaçı MMC 18.11.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir.Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinimn ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Belə ki, cavabdeh ödəniş etməmişdir.Onun bugünə 385 manat əsas borcu, 25,68 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir.Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi Qubadlı rayon İcra Hakimiyyəti vasitəsi ilə cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 15.02.2021-ci il tarixli, SRT005928 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı “xxxx” MMC alıcı Cavabdeh siyahısı Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.Həmin müqavilənin 1.2-ci maddəsinə görə satıcı bu müqaviləyə əsasən dəyəri 385 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 0 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. 15.02.2021-ci il tarixli 1 saylı Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, alıcı ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq ilk 6 ayda hər ay 65 manat, 6-cı ayda isə 60 manat olmaq şərti ilə ödəməlidir. 15.02.2021-ci il tarixli Təhvil-təslim Aktından görünür ki, satıcı “xxxx” MMC alıcı Cavabdeh 15.02.2021-ci il tarixli, SRT005928 saylı Nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan malı təhvil vermişdir və alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. 11.09.2019-cu il tarixli R-149/19 saylı Faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor (“xxxx” MMC) borclu barəsində müştərinin (“xxxx” MMC) borcluya mallarının satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. R-149/19 saylı 11.09.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan 23.02.2021-ci il tarxili R-149/19-0191 saylı Sazişə əsasən “xxxx” MMC borclu Cavabdeh 15.02.2021-ci il tarixli, SRT005928 saylı müqaviləyə əsasən yaranmış 385 manat borcuna dair tələb etmək hüququnu “xxxx” QSC-yə güzəşt etmişdir. 21.05.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “xxxx” QSC tərəfindən 15.02.2021-ci il tarixli, SRT005928 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə borcu olması barədə xəbərdar edilmişdir. 18.05.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 15.02.2021-ci il tarixli, SRT005928 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 18.05.2021-ci il tarixinə “xxxx” QSC-yə 385 manat əsas və 25,68 manat cərimə borcu olmaqla cəmi 410,68 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 18.11.2020-cil tarixli çıxarışdan görünür ki, “xxxx” MMC qurumunun hazırki adı “xxxx” QSC-dir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş yəni müqavilədə nəzərdə tutulan avadanlığı Cavabdeh vermiş, lakin sonuncu avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. “xxxx” MMC tələb etmə hüququnu faktorinq müqaviləsinə əsasən “xxxx” MMC-yə güzəşt etdiyindən nəticədə Cavabdeh “xxxx” MMC (hal-hazırda “xxxx” QSC) qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 196, 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4, 600.5, 655.3, 657.3-cü maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 385 manat borc, 25,68 manat cərimə, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar