Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-353/2020 06.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq obyektinin cavabdehlərdən alınıb iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilini cavabdehlərinin istifadəsindən alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC lizinq obyektı olan 2004-cü il buraxılışı “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 təhvil verilmişdir. Cavabdeh1 öz növbəsində 3200 məbləğində borcu illik 25 % hesablanmaqla 10 ay müddətinə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılmışdır. Cavabdehlər daxili maliyə lizinq müqaviləsinə əsasən hər ay ödəniş etməli olduğu halda, müqaviləsinin bu şərtini pozaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdələyini vaxtında və lazımi qaydada icra etməmişlər. Bununla da cavabdehlərin xx.xx.2020-ci il tarixə 1982 manat əsas məbləğdən gecikmə, 252 manat lizinq mükafatı, 387 manat dəbbə, cəmi 2621 manat borcu yaranmışdır. Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmişdir.Buna baxmayaraq yaranmış borcu ödəməmiş və ya lizinq obyektıni geri qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Daxili lizinq müqaviləsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödənişləri ödəməlidir. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, ona verilmiş “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyət hadisəsi nəticəsində zədələmişdir.O, sığorta təşkilatına müraciət edəndə ona bildirmişlər ki, o, maşının mülkiyyətçisi deyil və bu səbəbə görə ona pul ödəməmişlər. Bunu nəzərə alaraq iddianın rədd edılməsini xahiş etdi. Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Onagörədə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlıtərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC lizinq obyektı olan 2004-cü il buraxılışı “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 təhvil verilmişdir. Cavabdeh1 öz növbəsində 3200 məbləğində borcu illik 25 % hesablanmaqla 10 ay müddətintə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılmışdır. İş materiallarından olan və İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 daxili maliyə lizinq müqaviləsinə əsasən 1982 manat əsas məbləğdən gecikmə, 252 manat lizinq mükafatı, 387 manat dədbbə, cəmi 2621 manat borcu yaranmışdır. Daxili lizinqi müqaviləsinin 13.1.4-cümaddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödənişçmüddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, xx xxxx 2010-cu il tarixli 1133/924/-06/2010 saylı daxili maliyə lizinq müqaviləsinə əsasən cavabdehlərin xx.xx.2020-ci il tarixə 1982 manat əsas məbləğdən gecikmə, 252 manat lizinq mükafatı, 387 manat dəbbə, cəmi 2621 manat borcu yaranmışdır.Yuxarıda göstərilənlərini rəhbər tutaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif olunur. Əks təqdirdə lizinq obyektinin qaytarılması məhkəmə qaydasında tələb ediləcəkdir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 747-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası MM-in 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Azərbaycan Respublikası MM-in 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin mülkiyyətində olan “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 və Cavabdeh2 istifadəsindən alınaraq «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-yə qaytarılsın və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-353/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-353/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver