Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-354/2020 06.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı “xxxxxxxx”( Azərbaycan) ASC-nin Cavabdeh1 və üçüncü şəxslər Sumqayıt şəhəri üzrə İcra və probasiya şöbəsi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxx”( Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən ödənilmiş 736,31 manat məbləğində icra ödənişi, 525,94 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 1262,25 (bir min iki yüz altmış iki,25) manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştiraki olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.Öz iddiasında iddiaçı göstərmişdir ki, Qubadlİ rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə VTB”( Azərbaycan) ASC-nin Cavabdeh1 qarşı avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, xxxxxxxx (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 118572-9498 saylı, xx.xx.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi” ləğv edilməsi, Cavabdeh1 14.796 (on dörd min yeddi yüz doxsan altı) ABŞ dolları 53 sent məbləğində əsas borc, 636 (altı yüz otuz altı) ABŞ dolları 94 sent məbləğində faiz borcu, 07 (yeddi) ABŞ dolları 68 sent cərimə borcu, cəmi 15.441 (on beş min dörd yüz qırx bir) ABŞ dolları 15 sent və dövlət rösumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi,tələbin Cavabdeh1 məxsus olan **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilə yönəldilməsi. **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobil ilkin satış qiyməti 21.556 (iyirmi bir min beş yüz əlli altı) ABŞ dolları olmaqla açıq hərracda satılması,satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 “xxxxxxxx” (Azərbaycan) ASC-yə olan borcu ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh1 qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə “xxxxxxxx” ( Azərbaycan) ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək, **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobil ilkin satış qiyməti 16500 (on altı min beş yüz) manat müəyyən edilməsi, qalan hissədə Qubadlİ rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobil hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır.Lakin təkrar hərracın baş tutmaması səbəbindən Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 43.7-ci maddəsinə görə ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli “Hərracın yekunları barədə protokolu”na əsasən Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobil ipoteka saxlayan “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 254 saylı hesab-fakturasında Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 445,71 manat məbləğində xidmət haqqı və 80,23 manat məbləğində vergi ödənişinin (18 % ƏDV), cəmi 525,94 manatın ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxxx” ASC-nin hesabına xx.xx.2019-cü il tarixli 254 saylı hesab-fakturaya əsasən Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 445,71 manat ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx.xx.2019-cu il tarixdə 80,23 manat ƏDV ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin məhkəmə icra ödənişi qaydasında 736,31 manat məbləğində icra ödənişi ödənilmişdir. 525,94 manat məbləğində hərracın keçirilməsi xərci və 736,31 manat məbləğində icra ödənişi borclu Cavabdeh1 əvəzinə tələbkar “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən ödənilmişdir.Halbuki qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. “İcra haqqında”Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsinə əsasən,icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin qanunun 79.2.1-ci maddəsinə əsasən, borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur.Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icra üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmisdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra və probasiya şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlİ rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə VTB”( Azərbaycan) ASC-nin Cavabdeh1 qarşı avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, xxxxxxxx (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 118572-9498 saylı, xx.xx.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi” ləğv edilməsi, Cavabdeh1 14.796 (on dörd min yeddi yüz doxsan altı) ABŞ dolları 53 sent məbləğində əsas borc, 636 (altı yüz otuz altı) ABŞ dolları 94 sent məbləğində faiz borcu, 07 (yeddi) ABŞ dolları 68 sent cərimə borcu, cəmi 15.441 (on beş min dörd yüz qırx bir) ABŞ dolları 15 sent və dövlət rösumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilə yönəldilməsi, **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin ilkin satış qiyməti 21.556 (iyirmi bir min beş yüz əlli altı) ABŞ dolları olmaqla açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 “xxxxxxxx” (Azərbaycan) ASC-yə olan borcun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə “xxxxxxxx”( Azərbaycan) ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək, **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin ilkin satış qiyməti 16500 (on altı min beş yüz) manat müəyyən edilmiş, qalan hissədə Qubadlı rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobil hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır.Lakin təkrar hərracın baş tutmaması səbəbindən Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 43.7-ci maddəsinə görə ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli “Hərracın yekuları barədə protokolu”na əsasən Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobil ipoteka saxlayan “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 254 saylı hesab-fakturasında Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 445,71 manat məbləğində xidmət haqqı və 80,23 manat məbləğində vergi ödənişinin (18 % ƏDV), cəmi 525,94 manatın ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxxx” ASC-nin hesabına xx.xx.2019-cu il tarixli 254 saylı hesab-fakturaya əsasən Cavabdeh1 məxsus **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 445,71 manat ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx.xx.2019-cu il tarixdə 80,23 manat ƏDV ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına **-FV-*** dövlət qeydiyyat nişanlı “KİA Cerato minik” markalı avtomobilin məhkəmə icra ödənişi qaydasında 736,31 manat məbləğində icra ödənişi ödənilmişdir. 525,94 manat məbləğində hərracın keçirilməsi xərci və 736,31 manat məbləğində icra ödənişi borclu Cavabdeh1 əvəzinə tələbkar “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxx”( Azərbaycan) ASC tərəfindən ödənilmiş 736,31 manat məbləğində icra ödənişi, 525,94 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 1262,25 (bir min iki yüz altmış iki,25) manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq “xxxxxxxx”( Azərbaycan) ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-354/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-354/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver