Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-365/2020 10.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi ilə İddiaçı «xxxxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 200 manat əsas borc, 60 manat cərimə və ********* saylı xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 950 manat əsas borc, 285 manat cərimə borcu, ümumilikdə 1495 manat borc və 30 manat ödənilmiş dövlət rüsümunun kiçik iddialara dair işlər üzrə xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasına xahiş etmişdir. Qubadlı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir.Öz ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “LG” soyuducuya görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 84 manat, xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung A705” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 80 manat olmaqla, hər iki müqavilə üzrə 1950 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2019cu il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 300 manat ödədikdən sonra ödənişləri dayandırmış, xx.xx.2019-cu il tarixli müqavilə üzrə heç bir ödəniş etməmiş və qalıq qalmış hər iki müqavilə üzrə 1150 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar alıcı tərəfindən satıcı firmaya bütün xərclər, eləcə də hər gün üçün bir faiz cərimə ödənilməlidir.Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bununla da xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik bir faizlə hesablanmış cərimə məbləği 60 manat, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik bir faizlə hesablanmış cərimə məbləği 285 manat təşkil edir. Nəticədə cavabdehin Cəmiyyətə xx.xx.2020-ci il tarixə 1150 manat əsas, 345 manat cərimə borcu olmaqla cəmi 1495 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata kecirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan tam olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, materiallarında olan xx.xx.2019-cu tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona edilmiş 1 saylı Əlavədən görünür ki, “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh bir ədəd LG soyuducu 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 84 manat olmaqla cəmi 1000 manat ödəmək şərti ilə verilmişdir.259 manat ilkin ödəniş edilmişdir.Həmin müqavilələrinin 3.3.1-ci bəndinə görə alıcı bu müqavilələrinin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. xx.xx.2019-cu tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona edilmiş 1 saylı Əlavədən görünür ki, “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh bir ədəd Samsung markal telefon 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 80 manat olmaqla cəmi 950,88 manat ödəmək şərti ilə verilmişdir.Müqavilənin 3.2.1.-ci bəndinə əsasən borclu müqavilələr üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrinin 3.3.1-ci bəndinə görə alıcı bu müqaviləinin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə xx.xx.2019-cu tarixli müqavilə üzrə 200 manat əsas borc, 60 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 950 manat əsas borc, 285 manat cərimə borcu vardır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borçlu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata kecirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 60 manat və 285 manat tənəsübsüz surətdə yüksəkdir və müvafiq olaraq 20 manat və 50 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi cıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ********* saylı xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 200 manat əsas borc, 20 manat cərimə və ********* saylı xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 950 manat əsas borc, 50 manat cərimə borcu, ümumilikdə 1220 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-365/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-365/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver