Məhkəmə qərarları › İş №2(028)-37/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-37/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-37/2025 03.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi və Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 2(028)-2/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək cavabdehdən xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana saxlanması üçün hər ay hər uşağa 235 manat, ümumilikdı 470 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı ödənilməsi nəzərdə tutulmuş hər uşağa görə hər ay 175 manat (cəmi 350 manat) alimentin miqdarının azaldılaraq, hər uşağa görə hər ay 150 (yüz əlli) manat (cəmi 300 manat) təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-2/202 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü ildə Qubadlı rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2014-cu il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 onun yanında qalması və cavabdehdən hər 175 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət olunmuşdur. Hal-hazırda təyin olunmuş alimentlə uşaqları saxlamağa çətinlik çəkir. Cavabdeh isə əlavə olaraq heç bir köməklik etmir. Bu illər ərzində bir dəfə də olsa uşaqlarla maraqlanmamışdır. Övladlarının böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Uşaqların menafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutulan müddəa “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağını saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olub-olmamasından asılı deyildir. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Qarşlıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdehin maddi vəziyyətində dəyişiklik olmuş, yəni onun maddi vəziyyəti pisləşmiş və eyni zamanda digər diqqətəlayiq hallar mövcuddur. Belə ki, cavabdehin gəliri azalaraq aylıq əməkhaqqısı 345 manat olmuşdur. Uşaqları Yağmur və Tuncay qismən də olsa, dövlətin himayəsindədir. Yəni uşaqlar təhsil aldıqları Sumqayıt şəhər İnternat tipli Gimnaziyada dövlət hesabına saat 8:00-dan saat 17:00-dək gündə 3 dəfə - səhər, günorta və axşam qidalanır, onlara təhsil almaları üçün zəruri kitab-dəftər və bütün digər məktəb ləvazimatları, habelə paltar verilir. Uşaqlara dövlət tərəfindən əhəmiyyətli dərəcədə maddi yardım göstərilir, onların maddi tələbatı müəyyən qədər dövlət tərəfindən qarşılanır və bu da iddiaçının, uşaqların saxlanmasına olan xərclərini azaldaraq, onun vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməlidir. Həmçinin İddiaçı özü də Sumqayıt şəhərində ticarət mərkəzində satıcı işləyir və onun da kifayət qədər gəliri var. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçıya ödənilən alimentin miqdarı azaldıla bilər və azalma uşaqların normal yaşam, həyat tərzinə mənfi təsir göstərməyəcəkdir. Digər tərəfdən cavabdehin gəlirinin azalması, onun da dolanışığında çətinliklərin yaranmasına səbəb olmuşdur. Cavabdeh aliment ödənilməsində çətinlik çəkdiyinə görə ona alimentin ödənilməsində valideynləri və qardaşı köməklik göstərir. Buna görə alimentin miqdarının azaldılması sosial ədalət baxımından düzgün olardı. Ümumiyyətlə qanunvericilik normalarının mənasına görə uşaqları saxlamaq, həm atanın, həm də ananın vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin qanunla müəyyən olunmuş eyni hüquqla vəzifəsi, həm də insan olaraq mənəvi borcudur. Belə bir vəzifənin yalnız cavabdehin üzərinə qoyulması və ondan tələb edilməsi ədalətsizlikdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddiaya xitam verilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-2/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh və X2 arasında xx.xx.2013-cü ildə Qubadlı rayon qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 İddiaçı yanında qalması, Cavabdeh hər ay 175 (yüz yetmış beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-cı il tarixdən başlayaraq tutulub xx.xx.2014cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 175 (yüz yetmış beş) manat sabit pul məbləğində aliment xx.xx.2021-cı il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı sessiyada iştirak etmiş və mediasiya xərcini - 50 manatı ödəmiş, lakin Cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Məhkəmə belə hesab edir ki, İddiaçı iddiası ölkə üzrə minimum əmək haqqı məbləğinin artımına əsaslandığından, yəni iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından, bu məsələ icra icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh az miqdarda əmək haqqı alması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Əksinə hazırki dövrdə Qubadlı Rayon Məhkəməsinin 2(028)-2/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə hər uşağa təyin edilmiş 175 manat aliment məbləğinin azaldılması uşaqların təminat səviyyələrinin daha da pisləşməsinə səbəb ola bilər. Buna görə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar