Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-372/2020 21.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «İddiaçı» İB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 810,00 manat borcun, 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 840,00 manat cavabdehdən alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2020-ci il tarixli 1384 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir.Həmin ünvana İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00041 nömrəli abonent kodu verilmişdir. Həmin ünvana İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən G-4 markalı, 1602AZ**********00 nömrəli qaz sayğacı quraşdırılmışdır.Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 1.3 bəndinin tələblərini pozaraq qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh məxsus yaşayış evinə baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Bu barədə ******* saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “qaz xəttinə baxış zamanı abonent sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadəsi aşkarlandı” yazılmışdır. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi.Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2,5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 8100m3x0,10=810,00 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdiril. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Birliyin məqsədi səlahiyyət daxilində dövlətin əmlakın qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınması dövlət təşkilatın hesabına dəyisdirilə bilməz. Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, “İddiaçı” X1 X4 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1384 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «İddiaçı» İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanmasında göstərilmişdir ki, qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2,5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.Cəmi 8100m3. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 810 manat borcu var. İş materiallarında olan «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, qaz xəttinə baxış zamanı abonent sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadəsi aşkarlandı. Dəymiş ziyan hesablansın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdiril Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin12 may2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, abonent Cavabdeh sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 810,00 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə isə 840,00 manat Cavabdeh alınaraq “İddiaçı” İBnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-372/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-372/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver