Məhkəmə qərarları › İş №2(028)-372/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-372/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-372/2024 09.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəkil Cavabdeh vəzifə borcuna vicdansız yanaşmasını, bilərəkdən ona verdiyi yalan vədlər hesabına maliyyə vəsaitini mənimsəməsini nəzərə alıb, ondan aldığı 1000 (min) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı iddia tələbini qəbul etmir. O, ona şər və böhtan atır və işgüzar nüfuzuna xələl gətirmək üçün belə bir iddia qaldırır. Bununla bağlı o, iddiaçıya qarşı iddia tələbi ilə də məhkəməyə müraciət edəcək. Çünki iddiaçı iddia tələbində onun işgüzar nüfuzuna xələl gətirən sözlər işlədib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsinə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddası təmin edilməmişdir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilmişdir. Qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən "xxxx" Kiçik Müəssisəsi və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 nömrəsi ilə qeyd edilmiş icarə müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ilxx.xx.2021-ci il tarixləri üzrə 68 (altmış səkkiz) manat ödənilməmiş icarə haqqı İddiaçı tutularaq"xxxx" Kiçik Müəssisəsinə ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması, bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına "xxxx" Kiçik Müəssisəsinə məxsus icarə obyektindən çıxarılması qət edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsinə aid edilmişdir. Həmin iş üzrə o, İddiaçı vəkili olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iddiaçı ona müraciət edib və onunla müqavilə bağlamış, həmin müqavilə üzrə İddiaçı 100 manat ödəniş etmişdir. O, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. O, aidiyyatı üzrə məhkəmədə iştirak etmiş və iddia tələbi qismən təmin olunmuşdur. Bundan sonra iddiaçı ona bildirmişdir ki, qətnamədən apellyasiya şikayəti versin. Ona bunun üçün müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Lakin o, buna etiraz etmiş, apellyasiya məhkəməsi üçün müqavilə bağlamamışdır. Bundan sonra barəsində aidiyyatı qurumlara və sonda da məhkəməyə müraciət etmişdir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. Vəzifə borcunu vicdanla yerinə yetirmişdir. Aralarında olan müqaviləyə əsasən ona İddiaçı 100 manat ödəniş etmişdir. Hazırda guya ona 1000 manat ödəniş etdiyini iddia edir. Bu tamamilə əsassızdır və heç bir həqiqəti əks etdirmir. Aralarında olan müqavilənin 2.1-ci bəndinə görə hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Həmin müqavilənin 2.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqq ödəniləndən sonra vəkilə order verilir və haqq ödənilməyənə qədər vəkil tapşırığın icrasına başlamaya bilər. Əgər haqq ödənilmədən vəkil tapşırığın icrasına başlamışsa, icranı dayandırmağa haqlıdır. Orderin rəsmiləşdirilməsi ilə bağlı xərclər qaytarılmır. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, anasının "xxxx" kiçik müəssisəsi ilə xeyli müddətdir arasında yaranan və mübahisə doğuran əmlak məsələsinin qanun çərçivəsində həllini tezləşdirmək üçün, həm də hüquqi savadının olmaması səbəbindən, vəkil xidmətinə ehtiyacı yaranmışdı. Bu məqsədlə də anası vəkil Cavabdehla müqavilə bağlamışdı. O, məhkəmədə bu işin qanun çərçivəsində maraqlarına uyğun həllinə nail olacağına onu tam əmin etmişdi. Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə əlaqədar 500 manat verməsini bildirmişdi. Anası Şirin vədlərinə inanıb, özündə onun dediyi həmin məbləğdə maliyyə vəsaiti olmadığından, qohumundan 500 manat borc alıb, Cavabdeh verməyə məcbur olmuşdu. Bakı Apellyasiya Məhkəməsində iş üzrə keçirilən məhkəmə iclasında, vəkil onun hüquqlarının müdafiəçisi kimi çıxış etsə də, lakin o, bu prosesdə hüquqlarının müdafiəsi ilə əlaqədar bir söz deməmişdi. Daha doğrusu buna bir vəkil olaraq ehtiyac yaratmamışdı. Üstəlik məhkəmə iclasına sədrlik edən hakim bildirmişdi ki, iş üzrə hər iki tərəfin - iddiaçının və cavabdehin VÖEN-ləri olduğundan, bu işi aidiyyatı üzrə Kommersiya Məhkəməsinə göndərilir. Elə də olmuşdu. Bundan sonra da vəkil Cavabdeh yenə anasına bildirmişdi ki, Kommersiya Məhkəməsində hüquqlarını müdafiə etmək üçün elektron sistem vasitəsi ilə iddia ərizəsi yazmalıdır. Buna görə də əlavə olaraq ona 500 manat maliyyə vəsaiti də ödəməlidir. O, bir daha iddia tələbinin müsbət həll ediləcəyi ilə bağlı vəkilin verdiyi şirin vədinə inanmış, ikinci dəfə ona borca tapıb, 500 manat vermək qərarına gəlmişdi. Kommersiya Məhkəməsində ötən ilin oktyabr ayında keçirilən prosesdə yenə bu vəkil hüquqların müdafiəsi ilə bağlı bir cümlə işlətməmişdi. Qarşı tərəfin vəkili isə onun hüquqlarını müdafiə etmək üçün necə deyərlər "min oyundan çıxdımışdı". Nəticədə həmin məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə məhkəmə qərarı qəbul edilmişdi. Vəkil Cavabdeh ona göstərəcəyi hüquqi yardım nəticəsində, iddia tələbinin təmin ediləcəyini birmənalı vəd etmiş, ümumilikdə ondan 1000 manat alsa da, onunla bağladığı nə yazılı müqavilə, nə də şifahi razılıq əsasında iddia tələbinin tam təmin ediləcəyi barədə üzərinə götürdüyü heç bir öhdəliyə, Mülki Məcəllənin 385, 386-cı maddələrinin tələbinə uyğun olaraq vicdanla əməl etməmişdi. Ona 1000 manat məbləğində ziyan vurmuşdu. Bir dəfə də olsun məhkəmə prosesinin vaxtını deyib, ona bir prosesə də çağırmamışdı. Ondan pulu geri istəməyə məcbur olmuş, lakin o, buna əməl etməmişdi. Heç nəyi vecinə almadığını demişdi. Vəkilin anasına qarşı yuxarıda qeyd etdiyi qanun və vicdan çərçivəsinə sığmayan əməlləri barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ünvanladığı müraciətinə əsasən ünvanına göndərilən cavab məktubunda, vəkil Cavabdeh onunla bağladığı müqavilə əsasında guya ondan göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində maliyyə vəsaiti aldığı qeyd olunmuşdur. Həm də qeyd olunmuşdur ki, guya Apellyasiya Məhkəməsində hüququnu müdafiə etməsi ilə əlaqədar onunla müqavilə bağlanmayıb və ondan müqavilədən kənar pul almayıb, peşə borcunu vicdanla yerinə yetirib. Belə olan halda vəkil Cavabdeh mütləq soruşulmalıdır: "Əgər vəkil doğrudan da İddiaçı müqavilədən kənar pul almayıbsa, onda müqavilə bağlamadan, nə məqsədlə onun apellyasiya şikayəti əsasında keçirilən məhkəmə iclasında iştirak edib? Əgər bu vəkil doğrudan da peşə borcuna vicdanla yanaşıbsa, nədən anası yaşında olan ağbirçək bir xanıma iddia tələbinin tam təmin ediləcəyini vəd edərək, zorla borca tapdığı 1000 manat maliyyə vəsaitini mənimsəyib, üzərinə götürdüyü öhdəliyə əməl etməyib? Vəzifə borcuna belə vicdansız yanaşmaq, müdafiə etdiyi şəxsi aldatmaq, bu qədər maliyyə vəsaitini mənimsəmək nə vaxtdan vəkilin peşə borcuna vicdanla yanaşması kimi qiymətləndirilir?". Bütün bunlar azmış kimi vəkil sənədlərini geri qaytaran zaman da başına oyun açmışdı. Xeyli müddət sənədlərini alanadək, anası ilə Bakı - Sumqayıt yolunda qalmışdı. Onu yerində tapmaq mümkün olmurdu. Telefonda ona söz deyəndə isə təhqirlərə keçməkdən çəkinmirdi. Otağında sənədləri götürən zaman daha aqressiv olmuşdu. Cavabdeh vəkil onu çox aldatmışdı. Ərizə yazdığı qurumlardan da, ona cavab gəldi ki, bu məsələ mülki xarakterlidir. Mülki Məcəllənin müvafiq maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Cavabdeh arada olan razılaşmanı pozaraq, öhdəliklərinə əməl etməyib, buna görə də ödədiyi 1000 manat məbləğində pulu geri qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsinin izahatına uyğun ifadə verərək iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Reapublikası Vəkillər X1 2115 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh verdiyi izahatında İddiaçı müraciətində qeyd edilən xüsusatları təsdiq etməmiş, onunla 100 (yüz) manat məbləğində bağladığı müqavilə əsasında ona məhkəmədə hüquqi yardım göstərdiyini, apellyasiya məhkəməsində hüquqlarının müdafiə edilməsi üçün onunla müqavilə bağlamadığını, ondan müqavilədənkənar pul almadığını, peşə borcunu vicdanla yerinə yetirdiyini və şikayətin həqiqəti əks etdirmədiyini bildirmişdir. Belə vəziyyətdə ərizədə qeyd edilən məlumatları təstiq edən mötəbər sübut təqdim etmədiyindən müraciət üzrə Rəyasət Heyəti tərəfindən intizam icraatının başlanması üçün əsas yoxdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3710/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Cavabdeh təmsil etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1245/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 və nümayəndəsi və vəkili Cavabdeh təmsil etmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun Hüquqi yardımın göstərilməsi haqqında 461/22 saylı xx.xx.2022ci il tarixli müqaviləsindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkil Cavabdeh hüquqi yardımına görə 100 manat haqq ödənilməsinə razılıq vermişdir. (Nəticə: İş aidiyyatı üzrə göndərildi, yekun akt qəbul olundu, iddia qismən təmin olundu.) İş materiallarına əlavə edilən eManat ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosuna müqavilə № 461/2022/Salman üçün 100 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilən AR-İİ № 632201 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Cavabdeh etibarnamə üzrə onu məhkəmələrdə təmsil etmək səlahiyyətlər verir. İş materiallarına əlavə edilən ******* saylı xx.xx.2022-ci il tarixli Vəkil orderinin surətindən görünür ki, 461/22 saylı xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə Cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsini təşkil edəcəkdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun 228/24 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün vəkil Salman Qasəmova müraciət etmiş, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə o, 100 manat ödəniş etmişdir. Vəkil Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş aidiyyatı üzrə bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Vəkil Cavabdeh Bakı Apellyasiya Məhkəməsidə iştirak etmiş və iddia tələbi qismən təmin olunmuşdur. Yəni iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərildiyindən vəkil məhkəmədə iştirak etmiş və bunun üçün ayrıca müqavilə bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 1000 manat hüquqi xidmətə görə ödəniş etməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddiaçı cavabdeh vəkil Cavabdeh vəzifə borcuna vicdansız yanaşmasını, bilərəkdən ona verdiyi yalan vədlər hesabına maliyyə vəsaitini mənimsəməsini nəzərə alıb, ondan aldığı 1000 (min) manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar