Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-380/2024 28.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, X1 ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusu xüsusi proqram lisenzyası ilə dəyəri, yəni 2277,4 manat məbləğində pulun tutularaq X2 hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-561/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi işi açılmışdır. Cavabdehə xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, həmin vasitəni zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh cəzasını çəkib qurtardığı üçün ona təhvil verilmiş elektron qolbağı və 35630413 saylı elektron nəzarət vasitəsini təhvil verməmişdir. Həmçinin onun həyat yoldaşı ilə telefon əlaqəsi zamanı 35630413 saylı elektron nəzarət vasitəsinin qırıldığını bildirmişdir. Məhkum bu vaxtadək həmin nəzarət vasitəsini probasiya şöbəsinə təhvil verməmişdir. Cavabdeh məsuliyyətli olmadığından maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,4 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-561/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan İddiaçı icra məmuru tərəfindən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquqi və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, onun pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verılməzliyi, habelə həmin vasitəsinin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan Probasiya Xidmətinin rəisinin xidməti məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə, habelə “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektorn nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təstiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 144 nömrəli xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vəsaitlərin dəyəri - sadə elektron qolbaq (sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapter, proqram lisenziyası)- 1930 manat, ƏDV-si 347,4 manat, cəmi 2277,4 manatdır. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təstiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 144 nömrəli xx.xx.2018-ci il tarixli Qərarına əsasən təstiq edilmiş 1 saylı əlavəsinin 1.2-ci bəndinə əsasən mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri 3 müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir. Həmin qərara əsasən təstiq edilmiş 2 saylı Əlavənin 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2277,4 manat tutularaq X2 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-380/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-380/2024
28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver