Məhkəmə qərarları › İş №2(028)-383/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-383/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-383/2020 12.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X2 üçün 149 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35733 olan Hoffman X Play markal telefon üçün 118 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 293 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxxxxxxxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə X2 və İMEİ kodu **********35733 olan Hoffman X Play markalı telefon almış və nəticədə 293 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1368 manat (24 ay x 57 manat + 0 manat ilkin ödəniş) olan X2 üçün ümumilikdə 164 manat olmaqla, ondan 149 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 312 manat (24 ay x 13 manat + 0 manat ilkin ödəniş) olan Hoffman X Play markal telefon üçün ümumilikdə 129 manat olmaqla, ondan 118 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1413 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00139804 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə X2-yə dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxxxxxxxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (24 ay) 57 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Baxışov X1 Led Tv adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2018-ci il tarixli, K00278601 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə Hoffman X Play markal telefona dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə “xxxxxxxxxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (24 ay) 13 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Baxışov X1 X Play markal telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X2-yə görə 149 manat ödənilməmiş əsas borcu, 15 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35733 olan Hoffman X Play markal telefon üçün 118 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 293 manat borcu vardır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Cəmiyyətə borcuna dair “xxxxxxxxxxx” MMC tərəfindən lazımi qaydada məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlıqları cavabdehə vermiş, lakin cavabdeh avadanlıqların dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1,600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X2 üçün 149 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35733 olan Hoffman X Play markal telefon üşün 118 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 293 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X2 üçün 149 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35733 olan Hoffman X Play markal telefon üçün 118 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 293 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar