Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-393/2024 11.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdehlər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu X2 8İ-9654№-li reyestrlə tərtib etdiyi xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 ona 4000 manat pulu hissəvi qaytarmaq şərti ilə verilib. Aralarındakı etibara görə müxtəlif tarixlərdə şahidlərin iştirakı ilə 3500 manatı qaytarmışdır. X3 və X7r. Kredit müqaviləsinin 7ci bəndinə əsasən kreditorun borcluya yazılı bildiriş qanunla müəyyən müddət keşdikdən sonra notarius icra qeydi yaza bilər. Ona kreditor tərəfindən yazılı bildiriş göndərilməyib. Göründüyü kimi icra qeydi qanun tələblərini pozmaqla Sumqayıt İcra Şöbəsinə göndərilib. Hesab edir ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu Cəmaləddin Rüstəmovun 8İ-9654№-li reystrlə tərtib etdiyi xx.xx.2023-cü il tarixli icra qeydi qanun tələblərinə zidd tərtib edilib. Notarisu “Notariat haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli qərarını pozub. Həmçinin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə kreditor borcluya ödəniləcək məbləğ barədə bildiriş verməli olduğu halda, ona bildiriş verilməyib. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə əvvəllər torpaq satışı ilə bağlı işləri olub. Ona görə iddiaçının onlara borcu olub. Həmin borcun 6000 manatını iddiaçı verib, qalan 4000 manatını isə bugünədək qaytarmayıbdır. Həmin 4000 manatın ödənilməsi ilə əlaqədar olaraq o, notariusa müraciət edib və iddiaçıdan hər ay 500 manat olmaqla borcun geri qaytarılması rəsmiləşdirilibdir. O isə hər vasitə ilə borcun qaytarılmasından boyun qaçırır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ünvan 1 ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, borcverən Cavabdeh2 borc alan İddiaçı 4000 (dörd min) manat pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. Borc alan 4000 manat pulu xx.xx.2023-cü il tarixinədək hər ay 500 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür.Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Həmin müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə borcunun qaytarılmasına dair məlumatlandırılmış və əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının bərpa olmasına dair xəbərdar etmişdir. İş materiallarında olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Sumqayıt şəhər 4 saylı notariat ofisinə müraciət edərək oradaxx.xx.2023-cü il tarixində 3M- 1677 nömrəli reyestrlə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə ödəniləəcək 4000 manat borc pulu ödənilmədiyi üçün icra qeydinin rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İcra qeydindən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 Mahirə Yaşasın qızının xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 4000 manatın tutulmasına dair icra qeydini təsdiq etmişdir. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının İİ-ci bəndinə əsasən Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması görə İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçı öhdəliyin tam icra olunması ilə əlaqədar icra qeydinin ləğvini tələb etsə də, kredit müqaviləsi üzrə borcunu ödədiyi, kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdiyi barədə heç bir sübut təqdim etmədiyindən icra qeydi əsaslıdır, odur ki, icra qeydinin ləğvi üçün əsas yoxdur. Göründüyü kimi İcra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının tələbləri pozulmamışdır. Odur ki, İddiaçı onunla Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə verilmiş icra qeydinin ləğvi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu X2 8İ-9654№-li reyestrlə tərtib etdiyi xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-393/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-393/2024
11.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver