Məhkəmə qərarları › İş №2(028)-397/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-397/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-397/2020 04.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edılməsi, lizing obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC məhkəməyə müraciət edərək İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobili mülkiyyətçi İddiaçı ASC-yə qaytarılması, xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 2901,27 manat əsas, 348,1 manat mükafat və 1130,52 manat dəbbə pulu, cəmi 4379,89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2014-cü il buraxılışı, **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxx 2017-ci il tarixdə X5, X6 və İddiaçı ASC-nin arasında AL-1758 (1)) saylı «Öhdəliklərinin ötürülməsi» müqaviləsi bağlanmış və xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X6 illik 12 %,46 aylıq müddətinə hər ay 410,69 manat,ümumilikdə 18891,62 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə X6, Cavabdeh və İddiaçı ASC-nin arasında AL-1758 (2)) saylı «Öhdəliklərinin ötürülməsi» müqaviləsi bağlanmış və xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizing şirkətinə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx.xx.2020-ci il tarixə 2901,27 manat əsas, 348,1 manat mükafat və 1130,52 manat dəbbə pulu, cəmi 4379,89 manat borcu yaranmışdır. Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq əsas borcu və ona hesablanmış faizləri ödəmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan hüquqları məhkəməsi “LoizidaTürkiyəyə qarşı” işdə qeyd edilir ki, “mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi, həm də faktiki maneələr Konvensiyanın pozuntusunu təşkil edir”.Bu məsələyə konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci norması, yəni dinc istifadə hüququ kontekstindən yanaşmaq lazımdır. Daxili lizinq müqaviləsinə əsasən lizin qalan lizinq obyektindən istifadə üçün müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödənişləri ödəməlidir. «Öhdəliklərinin ötürülməsi» müqaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onun qaytarmaqdan boyun qacırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizləri ödənilməlidir. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün onun xx.xx.2020-ci il tarixə 2901,27 manat əsas borcu, 348,1 manat mükafat borcu və 1130,52 manat dəbbə pulu, cəmi 4379,89 manat borcu var. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh orada yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2014-cü il buraxılışı,**-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxx 2017-ci il tarixdə X5, X6 və İddiaçı ASC-nin arasında AL-1758 (1)) saylı «Öhdəliklərinin ötürülməsi» müqaviləsi bağlanmış və xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X6 illik 12 %,46 aylıq müddətinə hər ay 410,69 manat,ümumilikdə 18891,62 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə X6, Cavabdeh və İddiaçı ASC-nin arasında AL-1758 (2)) saylı «Öhdəliklərinin ötürülməsi» müqaviləsi bağlanmış və xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 3 ) əsasən X6 illik 12 % hesablanmaqla 46 aylıq müddətə hər ay sabit pul məbləği olmaqla 410,69 manat, ümumilikdə isə 15081 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh X3 istifadəsində olan və İddiaçı ASC-nin mülkiyyətində olan **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilin təhvil-təslim aparmışlar. Daxili lizinqi müqaviləsinin 4.1-ci bəndinə görə, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri ödəməlidir. Daxili lizinqi müqaviləsinin 4.2-ci bəndinə görə, lizinq ödənişləri məbləği ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə 3) müəyyən edilir. Daxili lizinqi müqaviləsinin 13.9-cu bəndinə görə, lizinq alan lizinq ödənişlərini müqavilə ilə müəyyən edilən müddətdə tam həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş məbləğdən 0,3 % miqdarında dəbbə pulu ödəyir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmışxx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə borcu yaranmışdır. Lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqavilənin 15-ci bəndini rəhbər tutaraq müqavilə 7 gün ərzində birtərəfli qaydada ləğv ediləcək və yaranmış borc məhkəmə qaydasında tələb ediləcəkdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda (pretenziya məktubunda) göstərilir ki, xx xxxxxx 2017-ci il tarixdə AL-1758 (2)) saylı «Öhdəliklərinin ötürülməsi» müqaviləsinə əsasən xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh illik 12 % hesablanmaqla 46 aylıq müddətə 18891,62 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx xxxxxx 2020-ci il tarixə İddiaçı ASC-yə 3727,72 manat borcu yaranmışdır.Yaranmış borcu 7 gün ərzində qaytarılması tələb olunur.Əks təqdirdə yaranmış borcu məhkəmə qaydasında tələb ediləcəkdir. İş materiallarında olan maliyya arayışdan görünür ki, Cavabdeh xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 2901,27 manat əsas, 348,1 manat mükafat, 1130,52 manat cərimə, cəmi 4379,89 manat borcu var. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc, hesablanmış mükafat borcu kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, 1130,52 manat dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 100 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz.Dəbbə pulu (cərimə) öhdəliklərinin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MM-in 747-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası MM-in 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Azərbaycan Respublikası MM-in 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı ASC-yə qaytarılsın, xx xxxxx 2017-ci il tarixli AL-1758 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 2901,27 manat əsas, 348,1 manat mükafat və 100 manat dəbbə pulu, cəmi 3349,37 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar