Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-410/2020 26.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7348 (yeddi min üç yüz qırx səkkiz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2019-сu il tarixdə cavabdehlər ona məxsus əmlakları gizli talamaqla ona 7348 (yeddi min üç yüz qırx səkkiz) manat ziyan vurmaqla oğurluq etmişlər. Faktla əlaqədar olaraq cavabdehlər barəsində cinayət işi başlanılmışdır.Həmin şəxslər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar.Cinayət nəticəsində ona 7348 (yeddi min üç yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurulması məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə gedişatında cavabdehlər ona dəymiş ziyanı ödəməlidilər.Bu səbəbə görə mülki qaydada həmin şəxslərə qarşi iddia ilə məhkəməyə müraciət etmək məcburiyətindədir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişlər.Lakin cavabdehlər Bakı şəhəri 3 saylı istintaq təcridxanasında olduğuna görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən özgə əmlakı talama məqsədi ilə xx.xx.2019-сu il tarixdə İddiaçı məxsus əmlakları gizli talamaqla ona 7348 (yeddi min üç yüz qırx səkkiz) manat ziyan vurmaqla oğurluq etmişlər. Bu əməllərə görə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəza təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cu maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7348 (yeddi min üç yüz qırx səkkiz) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlırayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-410/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-410/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver