Məhkəmə qərarları › İş №2(028)-410/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-410/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-410/2023 22.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3881 manat məbləğində maddi zərərin və hüquqi yardım üçün ödənilmiş 200 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı 27 yanvar 2023-cü ildə Saray qəsəbəsi, H.Əliyev küçəsində şəxsi avtomobili ilə hərəkət edərkən Cavabdeh idarə etdiyi **-BO-*** dövlət qeydiyyatlı Mercedes Benz C 220 markalı avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğu üçün qəza baş vermişdir. Cavabdeh izahatında hadisənin baş verməsinin onun diqqətsizliyindən baş verdiyini bildirmişdir.Bu hadisə ilə bağlı Abşeron DYP əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Hadisə nəticəsində xəsarət alan olmamışdır. Xalq Sığortanın tərtib etdiyi ziyan aktinda baş vermiş hadisə nəticəsində iddiaçiya məxsus **-KA-*** dövlət qeydiyyatlı X4 markalı avtomobilə 6600 manat maddi ziyan dəymişdir.Bu məbləğdən ona 2719,32 manat ödənilmişdir.Həmin hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəydiyi üçün sığorta digər avtomobillərə də ödəniş etdiyi üçün ona dəymiş ziyan tam ödəmədi. Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə əsasən cavabdeh əmlaka vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh göstərdi ki, iddianı qəbul edir. Lakin hal-hazırda işləmir və tələb olunan məbləği birdəfəlik ödəmək iqtidarında deyil.Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Saray qəsəbəsi, H.Əliyev küçəsi istiqamətində xx.xx.2023-ci il tarixdə saat 12:00 radələrində Mercedes Benz C220 minik markalı 99BO269 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 02 fevral 2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, **-KA-*** dövlət qeydiyyatlı X4 markalı avtomobilə dəymiş zərərin məbləği qiymətləndirmə aktı üzrə tamamlanmış işlər üzrə 2080,00 manat, qiymətləndirmə aktı məxaric fakturası 4520,00 manat, yekun qiymətləndirmə aktı üzrə 6600 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC İddiaçı 2719,32 manat ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nətiçəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güçlü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardım üçün ödənilmiş 200 manat pulu tələb etsə də, həmin məbləğin ödənilməsi barədə inandırıcı, mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş 3881 (üç min səkkiz yüz səksən bir) manat məbləğində maddi zərər Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar