Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-415/2020 29.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, X4 Kredit Təşkilatı “xxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmı faiz və cərimənin ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 Kredit Təşkilatı “xxxxxxxxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 1007,05 manat, faiz borcu 156,20 manat, cərimə borcu 0 manat, ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 1193,65 manat borcun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə X5 Təşkilatı “xxxxxxxxxx” QSC ilə Cavabdeh arasında 406-OZT-0561-19 saylı kredit müqaviləsi bağlanılmışdır.Həmin müqaviləyə görə Cəmiyyət tərəfindən Cavabdeh 12 ay müddətinə 1295 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmədikdə, kreditor kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər.Həmin müqavilənin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir.Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə onun xx.xx.2020-ci il tarixə 1007,05 manat əsas borcu, 156,20 manat faiz borcu, 0 manat cərimə borcu, cəmi 1163,25 manat borcu yaranmışdır.Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Cavabdehə xx.xx.2020-ci il tarixli, 8703/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir.Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Cəmiyyətin müqavilə bağlanarkən ümit etməyə haqqı çatanlardan məhrum etmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 406-OZT-0561-19 saylı müqavilədən görünür ki, X5 Təşkilatı “xxxxxxxxxx” QSC (borcverən) Cavabdeh (borcalan) X1 məişət avadanlıqlarını almaq məqsədi ilə 1295 manat məbləğində məişət avadanlıqlarını kreditə verməyi öhdəsinə götürür.Kredit borcalana kreditdən istifadə haqqı illik 32% hesablanmaqla 12 ay müddətinə verilir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmədikdə, kreditor kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. xx.xx.2020-ci il tarixli N MA-0018585-20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh X5 Təşkilatı “xxxxxxxxxx” QSC-yə xx.xx.2019-cu il tarixli 406-OZT-0561-19 saylı müqaviləyə əsasən 1007,05 manat əsas, 156,20 manat faiz, 0 manat cərimə, cəmi 1163,25 manat borcu vardır. 8703/20 saylı, xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh X5 Təşkilatı “xxxxxxxxxx” QSC tərəfindən Cəmiyyətə olan borcu barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1007,05 manat əsas borcu, 156,20 manat faiz borcu, 0 manat cərimə borcu, ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 1193,65 manat borc tutularaq X4 Kredit Təşkilatı “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1007,05 manat əsas borc, 156,20 manat faiz borcu, 0 manat cərimə borcu, ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 1193,65 manat X4 Kredit Təşkilatı “xxxxxxxxxx” QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-415/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-415/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver