Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-43/2025 17.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində maddi ziyan və 50 (əlli) manat dövlət rüsumun, ümumilikdə isə 3050 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2024-cü ilin mart ayında Cavabdeh **-ZT-*** dövlət nömrə nişanlı, “Volkswagen Touareg" minik markalı avtomobilə görə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vermişdir. Lakin avtomobili bir həftə idarə etdikdən sonra avtomobildə nasazlıq olduğunu görmüş və avtomobili cavabdehə qaytararaq ödədiyi pulu geri tələb etmişdir. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu ona qaytarmış, qalan 3000 (üç min) manatı isə tezliklə qaytaracağını bildirmişdi. Lakin bu günə qədər cavabdeh 3000 (üç min) manat pulu ona qaytarmamışdır. Cavabdehlə onun arasında bu barədə "watspup”-la göndərilmiş səs yazıları var və həmin səs yazılarında cavabdeh ona olan borcunu etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı məhkəməyə yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 bildirdi ki, iddiaçının dayısıdır. Bacısı oğlu Rafiq adlı şəxsdən dəyəri 7800 manata olan maşın almışdır. Maşın nasaz olduğuna görə Cavad maşını geri qaytarmışdır və Rafiqdən ona ödədiyi pulu geri tələb etmişdir. Cavad maşının dəyərdən 4800 manatı hissə-hissə qaytarmışdır. Lakin qalan 3000 manatı geri ödəmir. Bacısı oğlu ilə birlikdə cavabdehlə Masazırda görüşmüş, danışıqlar aparmışdı. Rafiq borcu qaytaracağına söz vermiş, lakin hələ də heç bir tədbir görməmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminə və Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətlər əsasında araşdırma aparılmışdır. Bildirilmişdir ki, Daxili İşlər Nazirliyində “Vətəndaş müraciətlərinə baxılması qaydası” haqqında qərarda müraciət X1 səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda müraciət müəllifinə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Odur ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan “Volkswagen Touareg" minik markalı nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamə qüvvədən düşmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, Camiyev X2 Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə müəyyən olundu ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 7800 manat pul verilməsi şahidin izahatı ilə təsdiq edilmiş, həmin pulun əvəzində iddiaçıya verilmiş nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə verilmiş, sonradan avtomobil qüsurlu olduğu üçün nəqliyyat vasitəsi iddiaçı tərəfindən geri qaytarılmışdır. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Maşının alınmasına görə 7800 manatın müqabilində alınmış nəqliyyat vasitəsi iddiaçı tərəfindən qaytarıldığından, o, verdiyi 7800 manat pulla yanaşı aldığı nəqliyyat vasitəsindən də məhrum olmuşdur. Belə olan halda iddiaçı tərəfindən cavabdehə verilmiş 7800 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Hazırki halda həmin məbləğin 4800 manatı cavabdeh tərəfindən qaytarıldığından qalan 3000 manat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 manat maddi ziyan və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Qubadlı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-43/2025
Qubadlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(028)-43/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver