Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-435/2022 18.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat, mənəvi ziyana görə 3000 manat, cəmi 8000 (səkkiz min) məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.İddia ərizəsinin dəqiqləşdirərk cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə ev almaq məqsədi ilə Cavabdeh2 ilə görüşmüşdür. Cavabdeh1 özünə məxsus olan 85 nömrəli yataqxanada 1 otaqdan ibarət mənzilin satışını Cavabdeh2 tapşırmışdır. Cavabdeh1 Sumqayıt Travmatologiya xəstəxanasında olduğuna görə onun yanına getmişlər və otağı 5000 manata almaq üçün razılaşıblar. Qeydiyyat məsələlərini Cavabdeh1 öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə 2500 manat Cavabdeh1 vermişdir. Cavabdeh1 bildirdi ki, 1 həftə ərzində evi onların adına keçirəcək və pulun qalan hissəsini həmin vaxt verəcəklər. Lakin belə olmadı. Sonra Cavabdeh1 bildirdi ki, ona təcili pul lazımdır və onlar Cavabdeh2 vasitəsi ilə 1700 manat ona vermişlər. Lakin Cavabdeh2 1700 manatın 800 manatın özünə götürüb, qalan 900 manatın ev sahibinə verib. Bundan sonra Cavabdeh1 bildirdi ki, 5 gündən sonra evi onların adına keçirəcək və 5 gündən sonra ona 1000 manat vermişdir. Evin əşyaların çıxardıb, açarı ona vermişdir. Lakin Cavabdeh1 müxtəlif bəhanələr gətirərək evi onun adına keçirtməmişdi. Pulu Cavabdeh1 tələb edəndə o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Sonra həmin otağı başqasına satıb, lakin onun pulunu qaytarmamışdır. Bu səbəbə görə o Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə şikayət etmişdir. Bölmədə araşdırma aparılmış və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 may 2022-ci il tarixli qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin bu ünvanda yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçını, onun vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Pərviz Babayev tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, ev almaq məqsədi ilə Elxan adlı şəxslə tanış olmuş və Elxan ona Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yataqxana otağı göstərmiş, otağı bəyəndikdən sonra beh kimi Elxana 50 manat vermişdir. Otağının sahibi Cavabdeh1 ilə Sumqayıt Travmatologiya xəstəxanasında görüşmüşdür. Elxanın, Xalidənin qonşusu Şəfəqin yanında 2500 manat pulu sayıb Şəfəqə verdi, Şəfəq pulu sayıb Xalidəyə vermişdir. 3 gündən sonra Xalidə ona zənq vuraraq xəstəxanada ona pul lazım olduğunu bildirmişdir. Elxan ilə zəngləşib ona 1700 manat pul vermişdir. Xalidəyə zəng vurub pulu Elxanla göndərdiyini bildirdikdə Elxanın Xalidəyə 1700 yox, 900 manat verdiyini bilmişdir. Xalidə otağın açarlarını ona verdiyi zaman 1000 manat Xalidəyə vermişdir. Elxan ilə Xalidənin aralarında yaranmış mübahisə zamanı Elxan ona 250 manat qaytarmışdır. Xalidənin otağı onun adına qeydiyyat etmədiyini görüb açarı Xalidəyə qaytarıb pulunu geri istəmişdir. Lakin Xalidə hal-hazıra qədər pulunu ona qaytarmamışdır. Araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı, nə də ki, X2 tanımır. Oğlu Məhəmməd həqiqətən 2022-ci ilin fevral ayında xəstəxanada yatmış, lakin onların yanına heç kim gəməmişdir. İddiaçıun təhqiqata təqdim etdiyi qəbzdə olan imza onun imzası deyil. Araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, ev almaq məqsədi ilə İddiaçı ona müraciət etmişdir. Xalidə adlı xanıma məxsus Sumqayıt şəhəri 15-ci məhəllə, yataqxana 85 otağı 14 ünvanını ona göstərmək üçün Xalidəyə zəng vurub. Xalidə isə bacısı kimi tanıdığı Şəfəqə yaxınlaşmalarını bildirmişdir. Şəfəq otağı açıb Aşura onun yanında göstərmiş, Aşur evi bəyənmiş və beh kimi Şəfəqin yanında ona 50 manat vermişdir. Xalidədən evin sənədləri nə vaxt düzəldə biləcəyini soruşduqda, Xalidə xəstəxanada olduğunu bildirib və pulun yarısını verdikdən sonra düzəldə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xalidənin yanına Aşurla birlikdə Sumqayıt Travmatologiya xəstəxanasına getmişlər. Orada Xalidə ilə Aşur nəsə danışaraq söhbət etmişlər. X6 2500 manat pul verdiyini öyrənmişdir. 3 gün sonra Aşur onunla zəngləşib Xalidəyə 1700 manat pul çatdırmaq lazım olduğunu bildirmişdir. O 1700 manat Aşurdan almış və Xalidəyə bu barədə məlumat vermişdir. Xalidə pulu Möhübbətə verəcəyini bildirmiş və o 1700 manat pulu Möhübbətə verdikdə 550 manat Möhübbət özünə götürüb, ona 250 manat işinin haqqı kimi vermişdir. Qalan puldan 900 manat Xalidəyə vermişdir. Sonra Xalidə ilə mübahisələri düşüb, o bu məsələrdən bezib 250 manat Aşurə əlbəəl qaytarmış, 50 manat Aşurun kartına yükləmişdir. Digər məsələlərdən xəbərləri yoxdur. İş materiallarında olan qəbzin kserosurətindən müəyyən olunur, həmin qəbzin məzmunu nədən ibarətdir, kim tərəfindən tərtib olunmuş və imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 329-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən,bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən,əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 394-cü maddəsinə əsasən,bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası MPM-in 76-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Pərviz Babayev tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, ev almaq məqsədi ilə İddiaçı ona müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xalidənin yanına Aşurla birlikdə Sumqayıt Travmatologiya xəstəxanasına getmişlər. Orada Xalidə ilə Aşur nəsə danışaraq söhbət etmişlər. X6 2500 manat pul verdiyini öyrənmişdir. 3 gün sonra Aşur onunla zəngləşib Xalidəyə 1700 manat pul çatdırmaq lazım olduğunu bildirmişdir. O 1700 manat Aşurdan almış və Xalidəyə bu barədə məlumat vermişdir. Xalidə pulu Möhübbətə verəcəyini bildirmiş və o 1700 manat pulu Möhübbətə verdikdə 550 manat Möhübbət özünə götürüb, ona 250 manat işinin haqqı kimi vermişdir.Qalan puldan 900 manat Xalidəyə vermişdir. Cavabdeh2 izahatından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 3400 manat vermişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 3400 (üç min dörd yüz) manat məbləğində pulu və ödənilmiş 100 manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-435/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-435/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver