Məhkəmə qərarları › İş №2(028)-445/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-445/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-445/2020 23.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1464,21 manat əsas borc, 158,33 manat faiz borcu və 6,93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1629,47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsümuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx” BOKT-dan illik 36%-lə 36 ay müddətinə 1534 manat kredit götürmüşdür. “xxxxxxxx”BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 935№-li xx xxx 2018-ci il tarixli 004№-li müqaviləyə xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxxxxxx” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə borclunun xx.xx.2020-ci il tarixinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1464,21 manat məbləğində əsas, 158,33 manat məbləğində faiz, 6,93 manat cərimə, cəmi 1629,47 manat borcu yaranmışdır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişinin Qubadlı rayon İcra Hakimiyyəti vasitəsi ilə cavabdehə çatdırılması xahiş edilmiş, lakin cavabdehdən məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 106-1***-******* saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxx” BOKT QSC (kreditor) Cavabdeh (borclu) 36 ay müddətinə illik 36% olmaq şərti ilə 1534 manat məbləğində kredit verir.Müqavilənin 1.1-ci bəndinə görə borcalan müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürür. xx xxx 2018-ci il tarixli 0004 saylı Tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 935 saylı hüquqların ötürülməsi barədə sazişə əsasən “xxxxxxxx” BOKT QSC borc alana (Cavabdeh) qarşı bütün tələbetmə hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyalarını İddiaçı ASC-yə güzəşt edir, İddiaçı ASC isə qeyd edilən hüquqları qəbul edir. Tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişdən görünür ki, Cavabdeh “xxxxxxxx” BOKT QSC-nin tələbetmə hüququnun İddiaçı ASC-yə ötürülməsinə dair məlumatlandırılmışdır.106-1***-******* saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditor İddiaçı ASC-dir və həmin müqaviləyə əsasən borcların həmin bank hesablaşma hesabına ödənilməsi xahiş edilir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə kredit öhdəliyi üzrə 1464,21 manat əsas borc, 158,33 manat faiz borcu və 6,93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1629,47 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı “xxxxxxxx” BOKT QSC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə Cavabdeh vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. “xxxxxxxx” BOKT QSC tələbetmə hüquqlarını İddiaçı ASC-yə güzəşt etdiyinə görə nəticədə Cavabdeh İddiaçı ASC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193,194,195, 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1464,21 manat əsas borc, 158,33 manat faiz borcu və 6,93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1629,47 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 284-1- 284- 6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehdan xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1464,21 manat əsas borc, 158,33 manat faiz borcu və 6,93 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1629,47 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar