Məhkəmə qərarları › İş №2(028)-446/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-446/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-446/2021 17.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə müraciət edərək, Cavabdeh 1925 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat məbləğində dövlət rüsumu, cəmi 1955,40 manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir.İddia ərizəsində iddiaçı göstərmişdir ki, 30.12.2020-ci il tarixdə saat 17:55 radələrində Sumqayıt şəhəri ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış Mersedes Benz markalı, ** GN *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh tərəfindən idarə olunarkəm Ford Tranzit markalı, ** TB *** dövlət qeydiyyat nişanlı və Kia Cerato markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş və nəticədə sonuncu avtomobillərə zərər dəymişdir. Sumqayıt şəhər DYPŞ-nin 21.01.2021-ci il tarixli TP ******* saylı qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-ci maddələri ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktına əsasən Ford Tranzit markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 540 manat məbləğində və Kia Cerato markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 1385 manat məbləğində hesablanmışdır. Bununla əlaqədar olaraq 8472 və 8494 saylı işlərə dair sığorta aktları tərtıb edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Ford Tranzit markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 540 manat məbləğində və Kia Cerato markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 1385 manat, cəmi 1925 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbayçan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbayçan Respublikası MM-nin 21-ci maddəsinə müvafiq olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasıydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin 21.01.2021-ci il tarixli TP ******* saylı qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış 27.04.2021-ci il tarixli pretenziyadan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Ford Tranzit markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilə 540 manat və Kia Cerato markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1385 manat dəymiş maddi zərər məbləğində müəyyənləşdirilərək Şirkət tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair 05.01.2021-ci il tarixli İCR-8494 saylı aktından görünür ki, Kia Cerato markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 1385 manat məbləğində hesablanmışdır. İş materiallarında olan 28.01.2021-ci il tarixli 8472 saylı qüsur aktından görünür ki, Ford Tranzit markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 540 manat məbləğində hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 24.02.2021-ci il tarixli sığorta aktına əsasən Azərbayçan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti X1 540 manat sağorta ödənişi vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 24.02.2021-ci il tarixli sığorta aktına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti X2 1385 manat sığorta ödənişi vermişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İçbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasıydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyyət daşıyan ücüncü şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1925 manat məbləğində pul vəsaiti və ödənilən 30,40 manat məbləğində dövlət rüsumu, cəmi 1955,40 manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar