Məhkəmə qərarları › İş №2(028)-448/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-448/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-448/2020 25.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X5 7 markalı İMEİ kodu **********87367 olan telefon və Power Bank Mİ üçün 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X2qcıq üçün 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Krep tava Mehtap, Modem TP-LİNK, Dect Panasonic ev telefonu üçün 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Dect Panasonic ev telefonu üçün 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Paltaryuyan HOFFMANN üçün 702 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X5 8 Pro markalı İMEİ kodu **********72172 olan telefon üçün 660 manat ödənilməmiş hissə, 181 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə məhsulun qaytarılmasından sonra qalan borc üçün 192 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, ümumilikdə 2348 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2378 (iki min üç yüz yetmiş səkkiz) manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019cu il tarixli müqavilələrinə əsasən X5 7 markalı İMEİ kodu **********87367 olan telefon, Power Bank Mİ, X2qcıq, Krep tava Mehtap, Modem TP-LİNK, Dect Panasonic ev telefonu, Dect Panasonic ev telefonu, Paltaryuyan HOFFMANN, X5 8 Pro markalı İMEİ kodu **********72172 olan telefon və məhsulun qaytarılmasından sonra qalan borc üçün 2348 (iki min üç yüz qırx səkkiz) manat borcu yaranmışdır. Müqavilələrinin şərtlərini cavabdeh pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 734 manat (12 ay x 61 manat+2 manat ilkin ödəniş) olan X5 7 markalı İMEİ kodu **********87367 olan telefon və Power Bank Mİ üçün umimilikdə 78 manat olmaqla, ondan 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 72 manat (6 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan X2qcıq üçün umimilikdə 93 manat olmaqla, ondan 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 144 manat (12 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Krep tava Mehtap, Modem TP-LİNK, Dect Panasonic ev telefonu üçün umimilikdə 125 manat olmaqla, ondan 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 98 manat (12 ay x 8 manat +2 manat ilkin ödəniş) olan Dect Panasonic ev telefonu üçün umimilikdə 125 manat olmaqla, ondan 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 813 manat (18 ay x 45 manat+3 manat ilkin ödəniş) olan Paltaryuyan HOFFMANN üçün umimilikdə 837 manat olmaqla, ondan 702 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 660 manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan X5 8 markalı İMEİ kodu **********72172 olan telefon üçün umimilikdə 841 manat olmaqla, ondan 660 manat ödənilməmiş hissə, 181 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 192 manat (6 ay x 32 manat+0 manat ilkin ödəniş) olan məhsulun qaytarılmasından sonra qalan borc üçün umimilikdə 249 manat, ondan 192 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu borc hesablanmışdır. Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir.Cavabdeh cəmi 835 manat ödəniş etmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən X5 7 markalı İMEİ kodu **********87367olan telefon, Power Bank Mİ, X2qcıq, Krep tava Mehtap, Modem TP- LİNK , Dect Panasonic ev telefonu, Dect Panasonic ev telefonu, Paltaryuyan HOFFMANN, X5 8 Pro markalı İMEİ kodu **********72172 olan telefon müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə satılmışdır. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. «xxxxxxxxxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrinin şərtlərini kobud surətdə pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. «xxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1878 manat ödənilməmiş məbləğ, 470 manat dəbbə pulu, ümumilikdə 2348 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləqi - 470 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 100 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X5 7 markalı İMEİ kodu **********87367olan telefon və Power Bank Mİ üçün 60 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X2qcıq üçün 72 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Krep tava Mehtap, Modem TR-LİNK , Dect Panasonic ev telefonu üçün 96 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Dect Panasonic ev telefonu üçün 96 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Paltaryuyan HOFFMANN üçün 702 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X5 8 markalı İMEİ kodu **********72172 olan telefon üçün 660 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən məhsulun qaytarılmasından sonra qalan borc üçün 192 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 1978 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2008 ( iki min səkkiz) manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar