Məhkəmə qərarları › İş №2(028)-45/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-45/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-45/2021 17.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********86798 olan Samsung Galaxy S9+ markalı telefon üçün 768 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********81169 olan Samsung Galaxy S10 markalı telefon üçün 954 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********45912 olan Samsung Galaxy S10e markalı telefonu üçün 504 manat ödənilməmiş hissə, 151 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********21068 olan X3 10 markalı telefon üçün 1656 manat ödənilməmiş hissə, 496 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********93679 olan Samsung Galaxy A80 markalı telefon üçün 1025 manat ödənilməmiş hissə, 307 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********38855 olan Samsung Galaxy A70 markalı telefon üçün 581,6 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu, ümumilikdə 7132,6 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 7162,6 (yeddi min yüz altmış iki manat, 60 qəpik) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı «xxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən Samsung Galaxy S9, Samsung Galaxy S10, Samsung Galaxy S10e, X3 10, Samsung Galaxy A80 və Samsung Galaxy A70 markalı telefonlar almış və nəticədə 7132,6 (yeddi min yüz altmış iki, 60 qəpik) manat borcu yaranmışdır. Müqavilələrinin şərtlərini cavabdeh pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3187 manat (24 ay x 128 manat+115 manat ilkin ödəniş) olan İMEİ kodu **********86798 olan Samsung Galaxy S9+ olan telefon üçün umimilikdə 998 manat olmaqla, ondan 768 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2067 manat (12 ay x 159 manat + 159 manat ilkin ödəniş) olan İMEİ kodu **********81169 olan Samsung Galaxy S10 telefon üçün umimilikdə 1240 manat olmaqla, ondan 954 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1605 manat (6 ay x 252 manat + 93 manat ilkin ödəniş) olan İMEİ kodu **********45912 olan Samsung Galaxy S10e telefonu üçün umimilikdə 655 manat olmaqla, ondan 504 manat ödənilməmiş hissə, 151 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2208 manat (12 ay x 184 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********21068 olan X3 10 telefonu üçün umimilikdə 2152 manat olmaqla, ondan 1656 manat ödənilməmiş hissə, 496 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1368 manat (12 ay x 114 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********93679 olan Samsung Galaxy A80 telefon üçün umimilikdə 1332 manat olmaqla, ondan 1025 manat ödənilməmiş hissə, 307 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 875,6 manat (2 ay x 291 manat + 293,6 manat ilkin ödəniş) olan İMEİ kodu **********38855 olan Samsung Galaxy A70 telefon üçün umimilikdə 755,6 manat olmaqla, ondan 581,6 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu borc hesablanmışdır. Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir.Cavabdeh cəmi 5822 manat ödəniş etmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, iddianı qəbul edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli,xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən Samsung Galaxy S9, Samsung Galaxy S10, Samsung Galaxy S10e, X3 10, Samsung Galaxy A80 və Samsung Galaxy A70 markalı telefonlar müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. «xxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrinin şərtlərini kobud surətdə pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. «xxxx» MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 5488,60 manat ödənilməmiş məbləğ, 1644 manat dəbbə pulu, ümumilikdə 7132,6 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği - 1644 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 100 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********86798 olan Samsung Galaxy S9+ markalı telefon üçün 768 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********81169 olan Samsung Galaxy S10 markalı telefon üçün 954 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********45912 olan Samsung Galaxy S10e markalı telefonu üçün 504 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********21068 olan X3 10 markalı telefon üçün 1656 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********93679 olan Samsung Galaxy A80 markalı telefon üçün 1025 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********38855 olan Samsung Galaxy A70 markalı telefon üçün 581,6 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 5588,60 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 5618,60 (beş min altı yüz on səkkiz manat, 60 qəpik) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar