Məhkəmə qərarları › İş №2(028)-46/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-46/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-46/2021 17.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X9 oğlunun iştirakı ilə İddiaçı “xxxx” MMC-nin X1 qarşı dəymiş zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2010 manat dəymiş zərər, 390 manat inzibati xətaya görə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçnın nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, tərəflər arasında 15 saylı xx.xx.2020-ci il tarixli icarə müqaviləsi mövcuddur.Müqaviləyə əsasən “xxxx” MMC “Hyundai Elantra” markalı **-SS-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh 3 günlük icarəyə vermişdir.Avtomobil xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. 26.09.202-ci il tarixdə cavabdeh avto qəza törədərək avtomobilə maddi zərər vurmuşdur.Dəfələrələ dəymiş zərərin ödənilməsi üçün müraciət edilsə də, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən avtomobilə 2010 manat zərər dəymişdir. Həmçinin avtomobil idarə olunan dövr ərzində, yəni xx.xx.2020-ci il tarixdə 50 manat,150 manat, 150 manat; xx.xx.2020-ci il tarixdə 40 manat, cəmi 390 manat miqdarında inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gələməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlıolan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Müqavilənin 4.1 -ci maddəsinə əsasən “İcarə verən” hazır ki müqavilə şərtlərinə və AR Mülki Məcəlləsinin 700, 701, 705-ci maddələrinə əsasən bütün hüquqlara malikdir və bütün hüquqlarından istifadə edir. Müqavilənin 4.3.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsi “İcarəyə götürən” tərəfindən şəxsən, “İcarəyə verən”ə təhvil verilməlidir. Belə olmayan halda “İcarəyə götürən” avtomobilin texniki vəziyyəti barədə hər hansı bir narazılığa, çatışmamazlığa görə müqavilə şərtləri çərçivəsində məsuliyyət daşıyır. Müqavilənin 4.5.2-ci maddəsinə əsasən “İcarə götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və.s hallan üçün cavabdehlik və məsuliyyət daşıyır. Müqavilənin 4.5.3-cü maddəsinə əsasən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə “ icarə verənə ” qaytarmalıdır. Müqavilənin 4.5.5-ci maddəsinə əsasən Nəqliyyat vasitəsi “İcarə götürən”ə olduğu müddət ərzində, avtomobilə yol hərəkətləri qaydalarının pozulması üçün, qanun pozuntusu üçün, qayda pozuntusu üçün, yol nəqliyyat-nəqliyyat hadisəsinin baş verməsi üçün, inzibati məsuliyyət yaradan yol hərəkəti qaydalarının pozulması hallan üçün, kameralarla qeydə alınmış yol hərəkatı qaydalanmn pozulması hallan üçün və.s “İcarəyə götürən” məsuliyyət daşıyır və Baş Dövlət X10 və müvafiq rayon şöbələri tərəfindən tətbiq edilən cərimələr, cərimələrə hesablanmış faizlər və s “ İcarəyə götürən” tərəfindən ödənilir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh orada yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 15 saylı icarə müqaviləsindən görünür ki, “Hyundai Elantra” markalı **-SS-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2020-ci il saat 12:48-dən xx.xx.2020-ci il saat 13:00-dək icarəyə götürənə -X1 verilir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli avtomobilin texniki vəziyyəti və təhviı-təslim aktından görünür ki, Cavabdeh təhvil verilən “Hyundai Elantra” markalı **-SS-*** qeydiyyat nömrəli avtomobilin vəziyyət ilə razıdır, avtomobil saz vəziyyətdədir, heç bir etirazı yoxdur və imzasıyla təsdiq edir. İş materiallarında olan protokollardan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2, 328.3, 328.3 və 327.1-ci maddələri pozulmuş və onun barəsində xx.xx.2020-ci il tarixdə saat 19:50-də EQ/4472425 saylı (50 manat cərimə), xx.xx.2020-ci il tarixdə saat 20:05-də EQ/4472435 saylı (150 manat cərimə), xx.xx.2020-ci il tarixdə saat 19:53-də EQ/4472427 saylı (150 manat cərimə) və xx.xx.2020-ci il tarixdə 07:15-də AP0188382 saylı (40 manat cərimə) inzibati tənbeh tədbiq edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin “xxxx” MMC-nin direktoru Babayev Pərviz Böyükağa oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli “Qiymətləndirmə hesabatın”dan (xx.xx.2020-xx.xx.2020-ci il qiymətləndirmə tarixi) görünür ki, X2 məxsus “Hyundai Elantra” markalı **-SS-*** qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin və təmirə çəkiləcək xərclərin ümumi dəyəri 2010 manat müəyyən edilmişdir. İş materiallarında olan AD seriyalı 837220 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı **-SS-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. İş materiallarında olan AR-İİ seriyalı 056454 saylı, xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, X5 “Hyundai Elantra” minik markalı **-SS-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi “xxxx” MMC-yə etibar etmişdir.Etibarnamə 3 il müddətinə verilib və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən “icarəyə verən”, ona məxsus və ya ona müvəqqəti istifadəyə verilmiş nəqliyyat vasitəsini “icarə götürən” nin müvəqqəti istifadəsinə, icarəyə verilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5.3-cü maddəsinə əsasən “icarəyə götürən” icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə “icarə verən”ə qaytarmalıdır. Həmin müqavilənin 4.5.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsi “İcarə götürən”ə olduğu müddət ərzində, avtomobilə yol hərəkətləri qaydalarının pozulması üçün, qanun pozuntusu üçün, qayda pozuntusu üçün, yol nəqliyyat-nəqliyyat hadisəsinin baş verməsi üçün, inzibati məsuliyyət yaradan yol hərəkəti qaydalarının pozulması halları üçün, kameralarla qeydə alınmış yol hərəkatı qaydalanmn pozulması halları üçün və.s “İcarəyə götürən” məsuliyyət daşıyır və Baş Dövlət X10 və müvafiq rayon şöbələri tərəfindən tətbiq edilən cərimələr, cərimələrə hesablanmış faizlər və s “ İcarəyə götürən” tərəfindən ödənilir. Azərbaycan Respublikası 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2010 manat dəymiş zərər, 390 manat inzibati xətaya görə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar