Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-462/2022 11.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə və Cavabdeh BOKT İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: BOKT İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə cəmi 348693,33 (üç yüz qırx səkkiz min altı yüz doxsan üç,33) manat məbləğində pul vasaitinin və 638,69 (alti yüz otuz səkkiz,69) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 10683 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcun və hesablanmış faizlərin Cavabdeh hesabından silinməsini məhkəmədən xahiş etmişdir. BOKT İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SFK-42 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2010-cü il tarixli, 10683 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 960000 (doqquz yüz altmış min) manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir.Hal-hazıra qədər cavabdehin müqavilə üzrə faiz borcu üzrə 348693,33 (üç yüz qırx səkkiz min alti yüz doxsan üç,33) manat borcu var. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə xəbərdarlıq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq cavabdeh bank qarşısında öhdəlikıərinin lazımınca yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC onun arasında xx.xx.2010-cu il tarixdə, 10683 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 14 % olmaqla 36 ay müddətinə 960000 ( doqquz yüz altmış min) manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən belə görünür ki, ayrılmış kredit vəsaitini o məxaric edərək ssuda hesabından istifadə etmişdir. Əslində isə ona bir manat da olsun pul verilməmişdir. Həmin pulları bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmün müəyyən etdi hissəsindən də görünür ki, onu və digər şəxslərin adına rəsmiləşdirilmiş uydurma kredit müqavilələri əsasında külli miqdarda puı vəsaitləri qeyd olunan cinayət işi üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Həmin hökm ilə müəyyən edilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilmiş pul vəsaiti həmin iş üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə mənimsəmişdir. Bunu nəzərə alaraq ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, BOKT İddiaçı QSC-nin iddiası rədd, Cavabdeh qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cü il tarixli, 10683 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 14 % olmaqla 36 ay müddətinə 960000 (doqquz yüz altmış min) manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-42 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit, akkreditiv, zəmanət) 348693,33 (üç yüz qırx səkkiz min altı yüz doxsan üç,33) manat, ondan əsas borc (kredit,akkreditiv, zəmanət) 0 (sıfır), faiz borcu (kredit,akkreditiv, zəmanət) 348693,33 (üç yüz qırx səkkiz min altı yüz doxsan üç,33) manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarından görünür ki, “X5 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Ülvi Hüseyn oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cü il tarixli, 10683 N-li kredit müqaviləsinə əsasən xx.xx.2010-cü il tarixdə 955220 manat Nəqliyyət filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cü il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır.Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Azərbaycan Respublikası MM-in 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia rədd edilsin. Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə cəmi 348693,33 (üç yüz qırx səkkiz min altı yüz doxsan üç,33) manat məbləğində pul vasaitinin və 638,69 (alti yüz otuz səkkiz,69) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2010-cü il tarixli, 10683 saylı kredit müqaviləsi etibarsız hesab edilsin, həmin kredit müqaviləsinə əsasən kredit borcu və hesablanmış faizləri Cavabdeh hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-462/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-462/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver