Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-476/2021 26.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.06.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79124 olan Samsung Galaxy A10, aksesuar və qulaqlıq üçün 102 manat ödənilməmiş hissə, 10 manat cərimə, 02.03.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV, Sonorous Surefix asqı üçün 690 manat ödənilməmiş hissə, 69 manat cərimə, cəmi 871 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 24.06.2019-cu və 02.03.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********79124 olan Samsung Galaxy A10, aksesuar və qulaqlıq, LG LED TV və Sonorous Surefix asqı almış və nəticədə 871 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.06.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 444 manat (yəni 12 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ **********79124 olan Samsung Galaxy A10, aksesuar və qulaqlıq üçün ümumilikdə 112 manat olmaqla ondan 102 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə və 02.03.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 730,8 manat (yəni 18 ay x 40,6 manat + 0 manat ilkin ödəniş) LG LED TV və Sonorous Surefix asqı üçün ümumilikdə 759 manat olmaqla ondan 690 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 382,8 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 24.06.2019-cu il tarixli, 00740776 saylı və 02.03.2020-ci il tarixli, 20138609 saylı Müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Samsung Galaxy A10, aksesuar və qulaqlıq, LG LED TV, Sonorous Surefix asqıya dair müqavilələr imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 24.06.2019-cu il tarixli və 02.03.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəllərinə uyğun olaraq hər ay (12 ay) 37 manat və hər ay (18 ay) 40,6 manat olmaq şərti ilə ödəməlidir. 24.06.2019-cu il tarixli və 02.03.2020-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Samsung Galaxy A10, aksesuar və qulaqlıq, LG LED TV, Sonorous Surefix asqı adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 12.07.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79124 olan Samsung Galaxy A10, aksesuar və qulaqlıq üçün 102 manat ödənilməmiş hissə, 10 manat cərimə, 02.03.2020ci il tarixli müqaviləyə əsasən LG LED TV, Sonorous Surefix asqı üçün 690 manat ödənilməmiş hissə, 69 manat cərimə, cəmi 871 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində "xxxx" MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79124 olan Samsung Galaxy A10, aksesuar və qulaqlıq üçün 102 manat ödənilməmiş hissə, 10 manat cərimə, 02.03.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV, Sonorous Surefix asqı üçün 690 manat ödənilməmiş hissə, 69 manat cərimə, cəmi 871 manat borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-476/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-476/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver