Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-484/2021 02.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 ilə bağlanmış 020A********** saylı tarixli kredit razılaşmasına xitam verilməsi və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 020R********** saylı kredit razılaşması üzrə 2085,17 manat əsas borcun, 407,76 manat faiz borcun, 874,83 manat cərimə borcun, cəmi 3367,76 manat borcun, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 020A********** saylı kredit razılaşması üzrə 5201,19 manat əsas borcun, 1035,56 manat faiz borcun, 2340,14 manat cərimə borcun, cəmi 8576,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 02 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 02.09.2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulmasına dair 2(028)-484/2021 saylı mülki işin baxılmamış saxlanması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı QSC-nin iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-484/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-484/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver