Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-487/2023 13.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 Cavabdeh iştirakları ilə İddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbiətə dəymiş ziyanla bağlı 252 (iki yüz əlli iki) manatın Cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına (“X3 üzrə Dövlət Fondu”na VOEN **********,H/H:AZN10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyəsinin kodu 3,Bank DXA,kod 210005,VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944,SWİFT BİK CTREAZ 22) ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində yeri təkindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması zamanı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Stansiya Sumqayıt adlanan ərazidən “İVEKO” markalı, ** CV *** dövlət nömrə nişanlı yük avtomobili ilə faydalı qazıntı olan qil süxurunun qanunsuz daşıması fakti aşkar edilmişdir. İnzibati xəta ilə əlaqədar avtomobilin sürücüsü və mülkiyyətçisi Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli 74389 nömrəli akt tərtib olunmuş, fotoşəkillər çəkilmiş, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə xx.xx.2022ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. İdarənin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ilə Cavabdeh 600 (altı yüz) manat cərimə olunmuşdur. Cavabdeh könüllü olaraq cəriməni ödəməkdən imtina etdiyinə görə qərar məcburi icra üçün Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Araşdırma zamanı cavabdeh tərəfindən 12m3 həcmində faydalı qazıntının daşındığı sübut olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”inə əsasən hesablama aparılaraq cavabdeh aid hissədə təbiətə vurulmuş ziyanını 252 manat təşkil edir. Göstərilənləri nəzərə alıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh göstərdi ki, o sadəcə olaraq sürücüdür. Hal-hazırda xəstədir və tələb olunan pulu ödəyə bilməz. Bunu nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və İddiaçı tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Bağırov X1 rayonu, Pirəkəşkül qəsəbəsi, Stansiya Sumqayıt adlanan ərazidə 19 iyul 2022-ci il tarixində “İVEKO” markalı, ** CV *** dövlət nömrə nişanlı yük avtomobili ilə gil süxurunun daşıması faktı aşkar edilmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3 ədəd foto şəkil, 74389 saylı xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edilir. İş materiallarında olan və İddiaçı tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bağırov X1 rayonu, Pirəkəşkül qəsəbəsi, Stansiya Sumqayıt adlanan ərazidə 19 iyul 2022-ci il tarixində “İVEKO” markalı, ** CV *** dövlət nömrə nişanlı yük avtomobili ilə gil süxurunun daşıması faktı aşkar edilmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədildiyinə görə barəsində inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və İddiaçı tərəfindən tərtib edilmiş 74389 saylı xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bağırov X1 rayonu, Pirəkəşkül qəsəbəsi, Stansiya Sumqayıt adlanan ərazidə 19 iyul 2022-ci il tarixində “İVEKO” markalı, ** CV *** dövlət nömrə nişanlı yük avtomobili ilə gil süxurunun daşıması faktı aşkar edilmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının “Yerin təki ” haqqında və “Lisenziyalar və icazəlar” haqqında qanunlarının tələblərinin pozulması və inzibati xəta halı yarandığı məlum oldu. İş materiallarında olan və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, idarənin 63 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən xidməti ərazidə aparılan yoxlama zamanı Pirəkəşkül qəsəbəsi, Stansiya Sumqayıt adlanan ərazidə “İVEKO” markalı, ** CV *** dövlət nömrə nişanlı yük avtomobili ilə faydalı qazıntı növü olan gil süxurunun daşıması fakti aşkar edilmişdir. Sürücü özünü və sənədləri təqdim etmədiyi üçün inzibati araşdırma davam etdirmək mümkün olmadı. Avtonəqliyyatın foto şəkilləri çəkildi. Əlavə olunur 3 ədəd fotoşəkil. İş materiallarında olan və İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il iddia tələbində göstərilir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Stansiya Sumqayıt adlı ərazidən “İVEKO” markalı, ** CV *** dövlət nömrə nişanlı yük avtomobili ilə “Yerin təki ” haqqında qanunun tələblərinə zidd olaraq faydalı qazıntı növü olan gil süxurunun daşıması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli,119 saylı qərarına əsasən təbiətə 252 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan tərəfinizdən 4 saylı Regional Ekoloqiya və Təbii Sərvətlər İdarəsinin (“X3 üzrə Dövlət Fondu”na VOEN **********,H/H:AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyəsinin kodu 3,Bank DXA,kod 210005,VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944,SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Əks təqdirdə qanunvericiliyə müvafiq olaraq aidiyyatı tədbirlər görüləcəkdir. 09 avqust 2022-ci il tarixli 74389 saylı akta əsasən ziyanın hesablanması cədvəlinə əsasən, gil süxuru həcmi 12m3 təşkil edir, 1m3 qanunsuz işlədilən faydalı qazıntınin dəyəri 30 manat təşkil edir. Ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı tətbiq olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarına əsasən qanunsuz götürülən faydalı qazıntıya görə zərərin ümumi miqdarı 252 manat təşkil edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Təbiətə dəymiş ziyanla bağlı 252 (iki yüz əlli iki) manat Cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına (“X3 üzrə Dövlət Fondu”na VOEN **********,H/H:AZN10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyəsinin kodu 3,Bank DXA,kod 210005,VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944,SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-487/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-487/2023
13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver