Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-497/2021 03.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.06.2020ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32129 olan Samsung Galaxy A51 markalı telefon üçün 709,9 manat ödənilməmiş hissə, 70,1 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman tərəzi, Panasonic Trimmer üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic ətçəkən, blender və ütü üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic fen ütü, 2 ədəd Xiaomi qulaqlıq üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1425 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 28.01.2020-ci il tarixli, 14.11.2019-cu il tarixli 01049421 saylı, 14.11.2019-cu il tarixli ********* saylı və 03.06.2020-ci il tarixli saylı müqavilələrinə əsasən Samsung Galaxy A51 markalı telefon, Hoffman tərəzi, Panasonic Trimmer, Panasonic ətçəkən, blender, ütü Panasonic fen ütü, 2 ədəd Xiaomi qulaqlığa almış və nəticədə 1425 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.06.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1027,4 manat (yəni 18 ay x 54,8 manat + 41 manat ilkin ödəniş) **********32129 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 780 manat olmaqla ondan 709,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70,1 manat cərimə borcu yaranmışdır.Cavabdeh 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32129 olan Samsung Galaxy A51 markalı telefonu və yeni qızıl zəmanəti 17.05.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 276,5 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.14.11.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 192 manat (yəni 12 ay x 16 manat + 0 manat ilkin ödəniş) Hoffman tərəzi və Panasonic Trimmer üçün ümumilikdə 105 manat olmaqla ondan 96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 582 manat (yəni 18 ay x 32 manat + 6 manat ilkin ödəniş) Panasonic ətçəkən, blender və ütü üçün ümumilikdə 422 manat olmaqla ondan 384 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 manat cərimə və 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 217 manat (yəni 6 ay x 36 manat + 1 manat ilkin ödəniş) Panasonic fen ütü, 2 ədəd Xiaomi qulaqlıq üçün ümumilikdə 118 manat olmaqla ondan 108 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin 03.06.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 41 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 276,5 manat, ümumilikdə 317,5 manat təşkil edir.Digər 3 müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 403 manat təşkil edir.Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 28.01.2020-ci il tarixli, 20065774 saylı, 14.11.2019-cu il tarixli 01049421 saylı, 14.11.2019-cu il tarixli ********* saylı və 03.06.2020-ci il tarixli, 20327826 saylı Müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Samsung Galaxy A51 markalı telefon, Hoffman tərəzi, Panasonic Trimmer, Panasonic ətçəkən, blender, ütü, Panasonic fen ütü və 2 ədəd Xiaomi qulaqlığa dair müqavilələr imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 28.01.2020-ci il tarixli, 14.11.2019-cu il tarixli 01049421 saylı, 14.11.2019-cu il tarixli ********* saylı və 03.06.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəllərinə uyğun olaraq hər ay (06 ay) 36 manat, hər ay (18) 32 manat, hər ay (12) 16 manat və hər ay (18 ay) 54,8 manat olmaq şərti ilə ödəməlidir. 28.01.2020-ci il tarixli, 14.11.2019-cu il tarixli 01049421 saylı və 03.06.2020-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Samsung Galaxy A51 markalı telefon, Hoffman tərəzi, Panasonic Trimmer, Panasonic ətçəkən, blender, ütü, Panasonic fen ütü və 2 ədəd Xiaomi qulaqlıq adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 26.07.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.06.2020ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32129 olan Samsung Galaxy A51 markalı telefon üçün 709,9 manat ödənilməmiş hissə, 70,1 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman tərəzi, Panasonic Trimmer üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic ətçəkən, blender və ütü üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic fen ütü, 2 ədəd Xiaomi qulaqlıq üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1425 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində "xxxx" MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32129 olan Samsung Galaxy A51 markalı telefon üçün 709,9 manat ödənilməmiş hissə, 70,1 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman tərəzi, Panasonic Trimmer üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic ətçəkən, blender və ütü üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic fen ütü, 2 ədəd Xiaomi qulaqlıq üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1425 manat borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-497/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-497/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver