Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-5/2023 19.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 (on üç min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçının həyat yoldaşı X12 15 dekabr 2020-ci ildə vəfat etmişdir. Cavabdeh onun tanışı olmuş və iddiaçının mərhum həyat yoldaşı bu şəxslə nisyə alver edərək onların birgə nikah dövründə əldə etdikləri və etibarnamə əsasında həyat yoldaşına məxsus olmuş ** DL *** (sonrakı nömrəsi ** DR ***) dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı, Yaguar S türe markalı mühərrik 557059359, ban - SAJAA02D18FN82153 olan ağ mirvari rəngdə olan avtomaşını xx.xx.2019-cu ildə 16000 (on altı min) manata cavabdehə satmış və cavabdeh həmin maşına görə iddiaçının həyat yoldaşına ilkin olaraq 2000 (iki min) manat ödəmiş və aralarında olan razılaşmaya görə o, həyat yoldaşına hər ay 300 manat da ödəməli idi.Cavabdeh bir müddət həmin ödənişləri etsə də, sonradan ödəniş etməmiş və nəticədə onun bu maşına görə 8000 (səkkiz min) manat məbləğində borcu qalmışdır.Onu da qeyd edir ki, cavabdeh bu maşını iddiaçının mərhum həyat yoldaşından alan kimi dərhal öz adına keçirmiş və maşının əvvəlki nömrəsini də dəyişmişdir. Cavabdeh mərhum həyat yoldaşına qeyd edilən şərtlər əsasında həmin maşını alması barədə iltizam və qəbz vermiş, hətta həyat yoldaşının başına bir iş gələrsə, qalan pulu onun ailə üzvlərinə verəcəyi barədə də öhdəlik götürmüşdür. Lakin cavabdeh həmin öhdəliyə əməl etməmişdir. Bundan başqa cavabdehlə X10 arasında 24 yanvar 2020-ci ildə "xxxx" MMC-dəki payın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin vaxt cavabdeh K.Məmmədovun həmin müəssisədəki payını almış və həmin müəssisə sahibinə verdiyi 5000 (beş min) manat vəsaiti iddiaçının həyat yoldaşından alaraq vermiş və bu barədə həyat yoldaşına qəbz verərək 5000 manat məbləğində pulun həyat yoldaşı tərəfindən verildiyini etiraf etmişdir.Lakin pulun iddiaçının həyat yoldaşı tərəfindən verilməsinə baxmayaraq, müəssisə cavabdehin adına rəsmiləşdirilmiş və cavabdeh həmin vəsaiti də qaytarmamışdır. Ümumilikdə cavabdehin həm maşına, həm də müəssisədəki payın alınmasına görə borcu 13000 (on üç min ) manat təşkil etmiş, dəfələrlə həmin pulu iddiaçı və oğlu ondan istəsə də, o, hər dəfə bir bəhanə gətirməklə pulu onlara verməmişdir. İddiaçı mərhum A.Rüstəmovun 1-ci növbə qanun üzrə vərəsəsidir, Azərbaycan Respublikası ƏN-nin 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış və o, mərhumun hüquqi varisi kimi tanınmışdır. Bundan başqa cavabdehə verilmiş həmin pul və onun iddiaçının həyat yoldaşından aldığı, öz adına rəsmiləşdirdiyi avtomaşın onların birgə nikah dövründə birgə vəsaitləri hesabına alınmışdır, onların birgə əmlakları hesab olunur. Cavabdeh yazdığı çoxsaylı iltizam və qəbzlərdə iddiaçının həyat yoldaşının başına bir iş gələcəyi təqdirdə həmin pulları onlara (onun ailə üzvlərinə) verəcəyini də öhdəsinə götürmüşdü, lakin göründüyü kimi o, bu öhdəliyə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətləri etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər bütün mühüm şərtlər barəsində tələb olunan formada razılaşmaya gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsi isə öhdəliyin icra edilməməsi ilə bağlı vurulmuş zərərin ödənilməsindən bəhs edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki,zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda)başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə olunan başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə isə həmin zərər zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.3-cü maddəsinə görə ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və göstərmişdi ki, iş materiallarında olan qəbzlər onun tərəfindən tərtib olunmuşdur.X4 aldığı ** DL *** dövlət nişanlı “Yaquar S” avtomaşını 2000 manat əvvəlcədən ödəməklə hər ay 300 manat ödəmək şərti ilə 16000 manata almışdır. Sonra maşını Humay adlı şəxsə satmışdır.Bundan sonra iddiaçının oğlu ona bildirmişdir ki, onlara çatası pulu Humay adlı şəxsdən özləri alacaqlar.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Nikah evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 və X1 xx.xx.1988-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1876 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 755 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, xx.xx.2020-ci ildə vəfat etmiş X6 arvadı- İddiaçı vərəsəlik hüququ haqqında şahadətnamə verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş və miras X6 varisidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, X5 məxsus Jaquar markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsinə əsasən Cavabdeh adına keçərək ** DR *** dövlət qeydiyyat nişanı almışdır. xx.xx.2022-ci il tarixdə isə alqı-satqı müqavıləsinə əsasən X7 adına keçmişdir. İş materiallarında olan və X10 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı X10 "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 10 (on) manat olmaqla X8 məxsus 100 % pay hissəsini Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə qəbul etməyi öhdəsinə götürür.Satıcı müəssidəki payı 10 (on) manata satdı, alıcı isə həmin qiymətə aldı. İş materiallarında olan və Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış çoxsaylı qəbzlərin kserosurətindən görünür ki, Cavabdeh dostu X6 adına olan Jaquar minik maşını 2007-ci il buraxılışı, dövlət nömrə nişanı markalı ** DL *** ona etibar edərək öz maşınını onun adına keçirmiş və nömrəsini dəyişmişdir.Bildirir ki, Jaquar maşını onun adına olsa da, onun deyildir.Maşının pulunu Arzu Əfsər oğlu vermişdir. Arzunun başına xoşa gəlməz hadisə gəlsə, X6 ailəsi ondan tələb edə bilər. Adı gələn maşın 16000 (on altı min manata) satılmışdır. Digər qəbzdə Cavabdeh göstərmişdir ki, "xxxx" MMC-ni X13 Kamildən 5000 (beş min) manata aldı.Buna baxmayaraq onların dostluğuna görə onun adına etibar edərək onun adına alqı-satqı etmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh çoxsaylı qəbzlərində X9 borclu olduğunu etiraf etmiş, lakin həmin pul məbləğlərinin X9 qaytarılması barədə mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borçludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-5/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-5/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver