Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-504/2021 09.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov, Kreditor ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı nisyə satış müqaviləsi üzrə borcun və cərimənin tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC Borclu 78,11 manat əsas və 67,62 manat cərimə, cəmi 145,73 manat borcun və 20 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılmalıdır. Belə ki, iddiaçı Kreditor MMC-nin Borclu tələb etdiyi borc məbləğinin tərkibində cavabdeh tərəfindən mübahisələndirilə bilinəcək cərimə məbləği (67,62 manat cərimə) vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Kreditor MMC-nin Borclu qarşı nisyə satış müqaviləsi üzrə borcun və cərimənin tutulmasına dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-504/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-504/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver