Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-516/2021 17.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi Bakı şəhəri, R.Behbudov 55 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh 1037,84 manat əsas borc, 3,84 manat faiz borcu, cəmi 1041,68 manat borcun və 30 manat dövlət rüsumunun xeyirlərinə tutulması haqqında qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsinə dövlət rüsumu barədə qəbz əlavə etmiş olsa da (dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzi №798605568, (çap tarixi 11.08.2021), həmin rüsum artıq işlədilmişdir.№798605568 seriyalı dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzi (çap tarixi 10.08.2021) eyni zamanda "xxxx" ASC-nin cavabdeh X1 qarşı iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır.Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur.Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü və 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-516/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-516/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver