Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-529/2021 15.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı 26.05.2020-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 286 manat əsas borc, 85 manat cərimə, ümumilikdə 371 manat borc və 20 manat ödənilmiş dövlət rüsümunun "xxxx" MMC-in xeyrinə tutulmasına dair qətnamə çıxarılmasına xahiş etmişdir. Hazırki mülki işin baxılması 15 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə daxil olmuş ərizədə həmin mülki işin geri qaytarılması zərurəti yarandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-529/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-529/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver