Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-542/2023 25.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şəxsdən faizlə birgə yaranmış 1280 manat borcunun, həmçinin ona yaşatdığı stress, bütün günü fikirli olmağına səbəb olması, vaxt itkisi, məcbur nəğd ödənişlər etməyi, kartının bağlanması və s. nəzərə alınaraq təzminat kimi əlavə 500 manatla birgə cəmi 1780 manat məbləğində pulun əmək haqqından tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsini imzalamadan göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM ƏFQAN ƏLƏKBƏROV
Məhkəmə qərarları › İş №2(028)-542/2023
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-542/2023
25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver