Məhkəmə qərarları › İş №2(028)-547/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-547/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-547/2021 31.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 2099 manat qalıq borcu və 476,68 manat cərimə borcu olmaqla, 2575,68 manat borcun və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir.Belə ki, iddiaçı iddia ərizəsinin tərtibatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iki fəslinə - 12-ci və 23-1-ci fəsillərinə (həm iddia icraatı, həm də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydası) istinad etmişdir.Hazırki iddia kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilinməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar