Məhkəmə qərarları › İş №2(028)-55/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-55/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-55/2022 15.03.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh2 qarşı kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə Cavabdeh1 ilə bağlanmış 17.11.2020-ci il tarixli 09Y/20-2 saylı əlavə kredit müqaviləsi üzrə 49439 manat məbləğində əsas borc, 2384,81 manat məbləğində faiz borcu, 186,74 manat cərimə borcu, ümumilikdə 52010,55 manat borcun, 246,52 manat dövlət rüsumu, 40 manat bank xidməti haqqının Cavabdeh1dan "xxxx" KB ASC-nın xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 17.11.2020-ci il tarixli 09Y/20-2 saylı əlavə kredit müqaviləsi üzrə 49439 manat məbləğində əsas borcu, 2384,81 manat məbləğində faiz borcu, 186,74 manat cərimə borcu, ümumilikdə 52010,55 manat borcun, 246,52 manat dövlət rüsumu, 40 manat bank xidməti haqqının tutulması, tutmanın banka ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 ilə bağlanmış 17.11.2020-ci il tarixli 09Y/20-2 saylı əlavə kredit müqaviləsinə əsasən Bank cavabdehə 24 ay müdddətinə illik 16 faiz ödənilməsi şərti ilə 55450 (əlli beş min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 07.02.2021-ci il tarixdə "xxxx" KB ASC ilə 09Yİ/20 saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka kreditə görə 07 dekabr 2021-ci il tarixinə 49439 manat məbləğində əsas borc, 2384,81 manat məbləğində faiz borcu, 186,74 manat cərimə borcu, ümumilikdə 52010,55 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş məhkəməyə təqdim olunduqda sonra məlum olmuşdur ki, 28.02.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 vəfat etmişdir.Atası Cavabdeh2 onun qanun üzrə vərəsəsi olaraq, mirasında tam hissədə paya malikdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 işi qanun çərçəvəsində həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh1 ilə bağlanmış 17.11.2020-ci il tarixli 09Y/20- 2 saylı əlavə kredit müqaviləsinə əsasən Bank cavabdehə 24 ay müdddətinə illik 16 faiz ödənilməsi şərti ilə 55450 (əlli beş min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 07.02.2021-ci il tarixdə "xxxx" KB ASC ilə 09Yİ/20 saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzili ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının kserosurətindən görünür ki, Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzil tam müıkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1607 nömrəli reyestr kitabının 147150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzil 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və "xxxx" KB ASC tərəfindən tərtib edilmiş maliyə arayışından görünür ki, Cavabdeh1 09Y/20-2 saylı kredit müqaviləsi üzrə 06 dekabr 2021-ci il tarixinə 49439 manat məbləğində əsas borc, 2384,81 manat məbləğində faiz borcu, 186,74 manat cərimə borcu, cəmi 52010,55 manat borcu var. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış 20 dekabr 2021-ci il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydə alınması xahiş olunur. İş materiallarından görünür ki, "xxxx" KB ASC cavabdehə pretenziya göndərmişdir. Pretenziyada göstərilir ki, 17.11.2020-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən 49439 manat məbləğində əsas borc, 2384,81 manat məbləğində faiz borcu, 186,74 manat cərimə borcu, ümumilikdə 52010,55 manat borcun 5 gün ərzində ödəniş aparılmazsa,"xxxx" KB ASC borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kolleqiyaların 01 saylı, 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ılkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarında olan və 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh1 26.08.2021-ci ildə ölmüşdür. İş materiallarında olan və Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26.08.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi atası Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,69 kv.m, yaşatış sahəsi 47,29 kv.m, yardımçı sahəsi 22,4 kv.m., 4 otaqlı mənzildən ibarətdir. «N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.Vəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 17.11.2020-ci il tarixli 09Y/20-2 saylı əlavə kredit müqaviləsi üzrə 49439 manat məbləğində əsas borc, 2384,81 manat məbləğində faiz borcu, 186,74 manat cərimə borcu, ümumilikdə 52010,55 manat borc, 246,52 manat dövlət rüsumu, 40 manat bank xidməti haqqı tutulsun. Tutma banka ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın, əldə edilən vəsait hesabına borc, dövlət rüsumu və bank xidməti haqqı ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilin ilkin satış qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Suraxan rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3v, 53 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar