Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-560/2025 12.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri 2277,4 manat məbləğində pulun tutularaq dövlət nəfinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iş çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə icra məmuru T.Rüstəmova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Qubadlı rayonu, Zilanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi qolbağının itirilməsi səbəbindən ondan komplektə daxil olan kabura da aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplektinin təkrar istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,4 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-304/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, iki il altı ay müddətinə asazdlığın məhdudlaşdırılması cəzasina məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 97 gün həbsdə saxlama müddəti 194 gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh üzərində qəti olaraq bir il on bir ay on altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokola əsasən Cavabdeh 1 ədəd “ATTENTİ” markalı 35640216, 3 A98 2 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitəsinə baxış keçirilməsi və dəyişdirilməsi barədə xx.xx.2024cü il tarixli protokola əsasən Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmişdi. Məhkuma tətbiq edilmiş qolbağın açıldığı müəyyən edilmişdi, hazırda yeni qolbaq olmadığı üçün dəyişdirilməsi mümkün olmamışdı. Məhkum sadə qolbağın ayağından düşüb itdiyini bildirirdi. Attenti 35640216 saylı mobil qurğu və adapter məhkumdan təhvil alındı. Maliyyə və təminat idarəsinin Təchizat şöbəsinin “Attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışına əsasən “attenti” markalı ağıllı elektron qolbağın (sadə elektron qolbaq – 1 mobil nəzarət qurğusu -1 ədəd, elektrik adapter – 1 ədəd, klipsa – 1 cüt, proqram lisenziyası – 1 ədəd) 2277,4 manat ƏDV daxil qiyməti vardır. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təstiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 144 nömrəli xx.xx.2018-ci il tarixli Qərarına əsasən təstiq edilmiş 1 saylı əlavəsinin 1.1-ci bəndinə əsasən elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir; - 1.2-ci bəndinə əsasən mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri 3 müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın: - 7.4-cü bəndinə əsasən izləmə şərtlərində edilmiş dəyişikliklərdən asılı olaraq, elektron nəzarət vasitələrinin dəyişdirilməsi də tələb oluna bilər. Belə dəyişikliklər yalnız daimi ola bilər. Bu halda, elektron nəzarət vasitələri bu Qaydaların 8-ci hissəsinə müvafiq olaraq çıxarılır və 5-ci hissəsinə müvafiq olaraq yenisi bağlanılır. - 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh məhkəmənin müvafiq hökmünün icrası ilə əlaqədar üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsini zədələyərək yararsız hala salmış, nəticədə dövlət büdcəsinə 2277,4 manat məbləğində ziyan vurmuşdur. Bu hal ərizəyə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddi tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olaraq 2277,4 manat tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-560/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-560/2025
12.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver